GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » QƏTƏRİN TƏCRİDİ BÖYÜK MÜHARİBƏYƏ HAZIRLIQDIRMI? – Tramp administrasiyası üçün sınaq

QƏTƏRİN TƏCRİDİ BÖYÜK MÜHARİBƏYƏ HAZIRLIQDIRMI? – Tramp administrasiyası üçün sınaq

Tarix: 11-06-2017, 22:10 Bölmə :Dünya Baxış: 306
QƏTƏRİN TƏCRİDİ BÖYÜK MÜHARİBƏYƏ HAZIRLIQDIRMI? – Tramp administrasiyası üçün sınaq


1914-cü ildə Sarayevo, 2017-ci ildə isə Doha? Biz, Birinci Dünya Müharibəsinə gətirib çıxarmış Avstriya-Macarıstan vəliəhdinin öldürülməsi hadisəsinə bənzər tarixi anların şahidi oluruq. Lakin bu dəfə toqquşma Avropada deyil, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) orduları ilə İran arasında baş verə bilər. Vaşinqton bu müharibəyə tərəf gedən yolun qarşısını almaq üçün çox cəld tərpənməli və qanlı döyüşlərin başlamasını gözləməməlidir.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin nominal məqsədi İranla bağlı Fars körfəzi ölkələrinin fikri ilə razılaşmayan Qətəri cəzalandırmaqdır. Ər-Riyad və bir çox ərəb ölkələri qaz satışından varlanan Qətər əmirliyi ilə münasibətləri kəsiblər. Səudiyyə Ərəbistanı Qətər təyyarələrinə öz hava sahəsindən uçmağa qadağa qoyub, quru ərazisini və Qatar gəmilərinin onun sularından tranzit keçidini bağlayıb.

Məsələyə istənilən hesabla yanaşsaq, deyə bilərik ki, bu, faktiki olaraq, müharibəyə bəhanədir. Müqayisə üçün deyək ki, 1967-ci ildə başlamış altı günlük müharibə zamanı Misir Ət-Tiran boğazını bağlayaraq, İsraili Qırmızı dənizə girişdən məhrum etmişdi.

İran buna cavab olaraq, bəyan edib ki, lazımi ərzaq məhsulları idxal olunması üçün Qətərə özünün üç portundan istifadə icazəsini verir. Yəqin ki, Ər-Riyad və Əbu-Dabi bu jestdə Dohanın Tehran ilə “satqıncasına” əlqələrinin təsdiqini görəcəklər.

İndiki vəziyyətə necə gəlib çıxılması barəsində və ya ən azından hadisələrin hansı formada cərəyan etməsindən danışılan iki variant var.

Əgər Qətər hökumətinin dediklərinə inansaq, 24 may tarixində hakerlər “Qatar News Agency” rəsmi xəbər agentliyinin saytını sındıraraq, saxta xəbər yayıblar. Həmin xəbərdəki məlumata əsasən, əmir Tamim bin Həməd əl Tani deyib: ”Ərəblərin İrana münasibətdə düşmənçilik etməsinin əsası yoxdur”.

Guya ki, saxta olan bu məlumat “Müsəlman qardaşları” və onun Fələstin qolu – Həmasın Qətər tərəfindən dəstəkləndiyini təsdiq edir. Bu arada isə, Səudiyyə Ərəbistanı və BƏƏ KİV-ləri başqa fikirdədirlər, onlar bu məlumatın həqiqətə uyğun olduğunu qeyd edirlər. Onlar bu hadisəyə dərhal və böyük hiddətlə reaksiya veriblər.

Birinci haker hücumunun Tehran tərəfindən törədildiyi istisna edilmir. Çünki 20-21 may tarixində Ər-Riyadda keçirilən sammitdə anti-İran mövqeyi tutan iştirakçılar Tehranı dərindən qıcıqlandırıblar. 3 iyunda isə, Bəhreynin xarici işlər nazirinin “twitter”səhifəsi bir neçə saatlığa sındırılmışdı. Bəhreyn hökuməti barmağını birbaşa İrana tuşlamaq istəməsə də, bu işdə şiə müxalifətindəki fəalları günahlandırmışdı.

Qətər hesab edir ki, Ər-Riyad və Əbu Dabi ona qarşı qəsd qurublar. Onların hamısı Fars körfəzi dövlətlərinin Əməkdaşlıq şurasına daxil olsalar da, çoxdandır ki, Doha ilə düşmən münasibətləri saxlayırlar. Ər-Riyad deyir ki, Qətər regionda sakitliyin pozulmasını qızışdırır. Qadınlara avtomobil sürməyə, xarici vətəndaşlara isə spirtli içkidən istifadə etməyə icazə verən Doha, səudiyyəliləri ittiham edərək bildirir ki, onların vəhabiçiliyi çox pis hörmətə malikdir. Əbu Dabi isə “Müsəlman qardaşları”nı dəstəklədiyinə görə Dohaya nifrət bəsləyir.

2014-cü ildə bu ölkələr arasında səkkiz ay sürən diplomatik böhrah yaşanıb. Amma indiki problem öz kökləri ilə 1995-ci ilə qədər gedib çıxır. O zaman Qətər şahzadəsi olan Həməd özünün heç nə ilə seçilməyən və “gözə görünməyən” atası əmir Xəlifi hakimiyyətdən uzaqlaşdırdı. Səudiyyə Ərəbistanı və BƏƏ bu ailə çevrilişində Fars körfəzi dövlətlərinin aparıcı ailələri üçün təhlükəli presedent gördülər və Həmədə qarşı fitnə-fəsad hörməyə başladılar.

O dövrlərdə Dohada işləmiş bir diplomat söyləyir ki, səudiyyəlilər tayfanın bir neçə yüz nümayəndəsi ilə danışıqlar apararaq, onları Həmədi, onun iki qardaşını və həmçinin də xarici işlər və energetika nazirlərini öldürüb, köhnə əmirin yerinə qaytarılmasına təhrik etmişdilər.

BƏƏ, hətta bu cəhdi dəstəkləmək üçün öz döyüş vertolyotlarını və qırıcı aviasiyasını hazır vəziyyətə gətirmişdi. Lakin sui-qəsdçilərin planı baş tutmamışdı. Belə ki, tayfanın üzvlərindən biri sui-qəsddən bir neçə saat əvvəl Həmədə xəbər vermişdi.

Amma Qətərin vətəndaşlarının sayı cəmi 2 milyondur və ona görə də, bu ölkənin xüsusi mühümlüyünü izah etmək çətindir. Qətərdə yaşayan xaricilər onlara təəccüblə baxırlar. Belə ki, Dohanın şəhər landşaftında boş, lakin parlaq şəkildə işıqlandırılan göydələnlər ön səflərdə dayanıb. Buna baxmayaraq, adam başına düşən gəlirə görə, Qətər dünyada öndə gedir. Bu əmirlik təbii qaz ehtiyatına görə, dünyada İrandan sonra ikinci yeri tutur. Qətər böyük həcmdə sıxılmış qazı, Böyük Britaniyadan tutmuş Yaponiyaya kimi, müxtəlif ölkələrə ixrac edir. Orada həmçinin nəhəng “Əl Udeyd” aviabazası yerləşir və Amerikan təyyarələri buradan Əfqanıstan və İraqa döyüş uçuşları həyata keçiriblər. İndi isə bu baza Amerikanların İŞİD-ə qarşı apardığı kampaniyanın komanda mərkəzidir.

37 yaşlı əmir Təmim bu ölkəni taxt-tacdan 2013-cü ildə imtina etmiş atası Həmədin kölgəsində idarə edir. Onun üçün əsas prioritet Amerika ilə yaxşı müttəfiq kimi qalmaq və eyni zamanda da İranı qıcıqlandırmamaqdır. Bu ölkənin zəngin qaz yataqları əsas etibarıyla dənizdə yerləşir və onu Doha Tehranla bölüşdürür. Hələki, Qətər oradan İranla müqayisədə daha çox karbohidrogen çıxarır.

Vaşinqton bu təhlükəli vəziyyətin həll edilməsində mühüm rol oynaya bilər. Amerikanın rəsmi nümayəndələri düşünə bilərlər ki, Qətər ABŞ və İran arasında balanslaşma siyasətini davam edəcək, amma Ər-Riyad və Doha arasındakı uzun sürən münaqişə və mübarizə Qətəri İranın qoynuna itələyə bilər ki, bu da heç kimə sərf etmir.

Bu mənada dövlət katibi Reks Tillerson çox əlverişli mövqedədir. Amerikan hökumətinə gələnədək onun idarə etdiyi “ExxonMobil” şirkəti Qətər enerji sektorundakı ən böyük xarici oyunçu hesab edilir və Tillerson bu ölkədə ən mühüm qərarların kim tərəfindən verildiyini yəqin ki, yaxşı bilir.

Ər-Riyad və BƏƏ, sanki bu günkü “Al-Udeydə” bazasında yerləşmiş Amerikan ordusu üçün yeni alternativ məkan kimi, özlərinin etibarlılıqlarını və yararlı olduqlarını göstərmək istəyirlər. Ancaq onların nüfuzları elə də yaxşı deyil.
2003-cü ildə Səudiyyə Ərəbistanı Amerikan ordusunu “Şahzadə Sultan” aviabazasından qovmuşdu. Onda Ər-Riyad 11 sentyabr hücumundan sonra özündəki islamçı eksremistlərin öhdəsindən gəlməyə çalışırdı. Əbu-Dabidə Amerikanın kəşfiyyat və yanacaq doldurma aviasiyası yerləşir. Ancaq Qətərdəki ”Əl- Udeyda” bazsasında olduğu kimi, yaxşı təchiz edilmiş komanda mərkəzi yaradılması xeyli vaxt tələb edir.

Hal-hazırda baş verən bu qarşıdurma təcrübəsiz Tramp administrasiyası üçün sınaqdır. Bundan bir neçə həftə öncə Ər-Riyadda kollektiv foto şəkil çəkdirilən zaman, Əbu –Dabi şahzadəsi Mühamməd Zeyd al- Nayhan Amerika prezidentinin sağ tərəfində durmaq üçün, əmir Tamimi sıxışdırmışdı. İndi Səudiyyə Ərəbistanı və BƏƏ bunun eynisini beynəlxalq arenada etməyə cəhd göstərirlər.

(Foreign Policy-ABŞ)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Misir Qətərin təyyarələrinə öz hava məkanını bağlayıb

    Misir Qətərin təyyarələrinə öz hava məkanını ...

    6-06-2017, 14:39

  • 
  • AZAL: Qətərdən Azərbaycana uçuşların taleyi Qətər Hava Yollarından asılıdır

    AZAL: Qətərdən Azərbaycana uçuşların taleyi Qətər ...

    6-06-2017, 14:38

  • 
  • 6 ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri dayandırıb

    6 ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri ...

    5-06-2017, 16:08

  • 
  • İranda Səudiyyə əleyhinə nümayişlər keçirilib

    İranda Səudiyyə əleyhinə nümayişlər keçirilib ...

    8-01-2016, 18:51

  • 
  • Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını dayandıra bilər.

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını ...

    18-01-2016, 15:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu