İki ölkə arasında imzalanan 12 milyard dollarlıq razılaşmadan sonra Vaşinqton hərəkətə keçib
ABŞ prezidenti Donlad Trampın Qətəri terrorizmə dəstək verməkdə günahlandırmasına baxmayaraq, ötən günlərdə iki ölkə arasında 12 milyard dollarlıq qırıcı təyyarə razılaşması imzalanıb.
gundemxeber.az Akşam-a istinadla xəbər verir ki, Doha rəhbərliyi Körfəz ölkələri tərəfindən, terrora dəstək vermək ittihamı ilə, ötən həftə embarqoya məruz qalmışdı. Qətərdə böyük hərbi bazası olan ABŞ rəhbərliyi, böhranın başlamasından bəri Doha rəhbərliyini günahlandırarkən, ABŞ-ın və Qətərin müdafiə nazirləri Ceyms Mettis və Xalid bin Məhəmməd əl-Atıyey arasında 12 milyard dollarlıq döyüş təyyarəsi razılaşması imzalanıb. Sazişdən sonra açıqlama verən qətərli bir səlahiyyətli isə deyib ki, bu razılaşma ABŞ-ın Qətərə olan dəstəyini sübut edir. “İki ölkənin əsgərləri qardaş kimidir. ABŞ və Qətər arasındakı bu əlaqə güclü dayaqlara malikdir” — Qətərdən olan yetkili bildirib. ABŞ Dövlət Departamentinin sözcüsü Heather Nauert də jurnalistlərə verdiyi açıqlamada deyib ki, bu razılaşma Qətərin ABŞ-a olan bağlılığının konkret göstəricisidir. Və iki ölkə arasında imzalanan 12 milyard dollarlıq razılaşmadan sonra ABŞ iki döyüş gəmisini Qətərə göndərərək birgə təlim keçiriləcəyini açıqlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?