GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » BBC: Qətər böhranı dərinləşir

BBC: Qətər böhranı dərinləşir

Tarix: 27-06-2017, 11:42 Bölmə :Dünya Baxış: 309
BBC: Qətər böhranı dərinləşir


Körfəz böhranından 3 həftə ötür, Qətərə qarşı isə qonşuları tərəfindən yeridilən sanksiyalarla bağlı suallar qalmaqdadır.

İndi hətta Washington-un da məsələyə yanaşmasında birmənalılıq hiss edilmir.

"Biz ümid edirik ki, tezliklə Qətərə tələblər siyahısı təqdim ediləcək və bunlar anlaşılan və icrası mümkün olan tələblər olacaq", ABŞ Dövlət Katibi xüsusi ilə diplomatik sözlərlə öz mövqeyini bildirib.

Onun bu nəzakətli ifadəsindən bir gün əvvəl Vaşinqton qeyri-adi kobudluğu ilə seçilən bəyanat yaydı.

"Bu nöqtədə, biz bir sadə sual ilə qalırıq: Bu addımlar Qətərin terrora dəstək verməsi iddiası ilə bağlı narhatlıqların nəticəsidir, yoxsa uzun sürən narazılıqların?", ABŞ dövlət departamentinin sözçüsü bu bəyanatla sual vermişdi.

Bu qınaq prezident Donald Trump-ın Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Qətər məsələsində verdiyi tam dəstəklə kəskin təzad yaradır.

Dövlət departamentinin həmin sualına cavab artıq hazırdır.

Səudiyyənin xarici işlər naziri Adil əl-Cubeyr BBC-ə deyib ki, regionda terrorizmi və ekstremist qrupları dəstəkləməsilə bağlı "şikayətlər" siyahısı Qətərə tez bir zamanda təqdim olunacaq.

Cümə günü, BƏƏ və Səudiyyə Ərəbistanın başçılığı ilə 13 tələbdən ibarət siyahı Qətərə təqdim edilib.

Adil əl-Cubeyr və onun BƏƏ həmkarı Ənvər Qarğaş eləcə də bildiriblər ki, maliyyənin hərəkətini və digər dəstək formalarının monitorinqi və yoxlanılmasını təmin edən sistemlər hazırlanmaqdadır. Bir mənbənin bildirdiyinə görə, yeni mexanizmin detalları bir həftəyə hazır olacaq.

Lakin Qətərin ona qarşı hazırlanan növbəti addımlara dair cavabının artıq hazır olduğu görünür.

"Qətərin siyasi xəttinin əleyhinə olanlar həmişə "terrorizm" bəhanəsini işə salırlar", Dohadakı yüksəkvəzifəli diplomat deyib.

O aydın tərzdə bildirib ki, ölkəyə qarşı cəza tədbirləri ləğv edilməyənədək heç bir danışıqlar baş tutmayacaq.

Qətərin xarici işlər naziri Sheyx Məhəmməd bin Abdul Rəhman ət-Thani ölkədə Al-Jazeera televiziya kanalının və Türkiyə hərbi bazasının bağlanması daxil olan 13 tələblik siyahını rədd edib.

O, deyib ki, bu tələblər sanksiyaların "terrorla mübarizəyə dəxli olmadığını" sübut edib və sadəcə "Qətərin suverenliyini məhdudlaşdırmağa" yönələn addımdır.

"Etimad sıfır dərəcəsində"

Zəngin qaz yataqlarına malik ambisiyalı Qətər regionda öz siyasətini yürüdəndən bu ölkə ətrafında gərginlik müşahidə edilməkdədir.

Bu cür vəziyyət illərdir ki sürməkdədir.

Səudiyyə Ərəbistanı və BƏƏ-də hakim tayfalar Dohanın addımlarını diqqət və təşvişlə izləyirlər.

Bu iki ölkənin iddiasına görə, Doha Müsəlman Qardaşları kimi İslam təşkilatlarını dəstəkləyir, İranla münasibətlər qurur, Suriya və Liviyada Əl-Qaidə ilə əlaqəli cihadçı qüvvələri maliyyələşdirir.

Doha ekstremist cihadçı qrupları dəstəklədiyi barədə iddiaları rədd edir.

Ötən həftə Səudiyyə, BƏƏ və Bəhreyn yeni müttəfiqlər əldə etmək və medianın diqqətini qazanmaq üçün xarici işlər nazirlərini Londonda görüşdürüblər.

Bundan bir neçə gün əvvəl isə Londona Qətərin xarici işlər naziri də təşrif buyurmuşdu.
Londondakı oteldə BƏƏ diplomatları "Qətərin ekstremizmə göstərdiyi dəstək" adı altında bukletlər paylayıb.

"Söhbət rejim dəyişikliyindən getmir, siyasət dəyişikliyindən gedir", Ənvər Qarqaş deyib.

Onun təbirincə, monitorinq sistemləri hələlik "qeyri-müəyyən ideya mərhələsindədir".

Lakin o, bu sistemə ehtiyacın niyə yarandığını əsaslandırmağa çalışıb.

"59 nəfər, onların çoxu ABŞ və BMT-nin qara siyahısında Qətər daxilində sərbəst hərəkət edirlər," - o, mətbuat konfransından sonra verdiyi müsahibəsində bildirib.

Diplomat bildirib ki, İraqa ova gedən Qətər kral ailəsinin üzvlərini iranpərəst silahlıların girovluğundan qurtarmaq üçün bir milyard dollarlıq ödənişdən sonra, maliyyə axınlarının monitorinqinə kəskin ehtiyac yaranıb.

Deyildiyinə görə, İraq rəsmiləri aeroportda pul dolu çantalar ələ keçiriblər.

"Etimad sıfır dərəcəsindədir," Ənvər Qarqaş deyib.

Onun təbirincə, monitorinq sistemi mühüm əhəmiyyətə malikdir və yalnız "qərbdəki dostlar da bu məsələyə dəstək versələr" işə düşə bilər.

Qətərinqəzəbi

Bir neçə saatdan sonra, Səudiyyənin Londondakı səfirliyində Adil əl-Cubeyr deyib ki, onlar da narazılıqlarını bir siyahı şəklində tərtibləyirlər.

Eyni zamanda o, bunu da bildirib ki, həmin siyahıdakı müddəaları "tələb adlandırmazdı".

Səudiyyəli rəsmi bunların İran və digər region üzrə rəqiblərlə bağlı olduğu barədə iddiaları rədd edib.

"Əsas məqsəd ekstremizm və terrorun maliyyələşdirilməsini, ölkələrin daxili işlərinə müdaxiləni və təxribatı dayandırmaqdır", o, deyib.

"Ümid edirik ki, müdriklik üstün gələcək və Qətər reaksiya verəcək", deyə o, bunu, "bütün dünyanın tələbi" adlandırıb.
Amma Qətər məsələnin kral ailələri arasında həll olunması əvəzinə xarici qüvvələri cəlb etmək cəhdlərinə qarşı çıxır.

"Bu iddialar 2014-cü il Ər-Riyad müqaviləsində nəzərdə tutulmuş mübahisələrin həlli mexanizmini pozur", öz qarşılıqlı ittihamlar siyahısını mənə elektron poçtla göndərən Qətər diplomatı vurğulayıb.

Onun qənaətincə böhran 1981-ci ildə təsis olunmuş və 6 üzvdən ibarət olan Körfəz Əməkdaşlıq Şurası çərçivəsində həll olunmalıdır.

Küveyt Əmri vasitəçilik məqsədilə paytaxtlar arasında məkik diplomatiyası ilə bulunmaqdadır, lakin hələlik bu yolda nailiyyətlər cüzidir.

Türkiyənin Xarici işlər naziri də eyni missiyanı həyata keçirməyə çalışır.

Türkiyə və İran Qətərə, təchizat çatışmazlıqları və nəqliyyat daşımalarında pozuntuların qarşısını almaq üçün yardım təklif ediblər.

Qərb diplomatları, o cümlədən, ABŞ Dövlət katibi Tillerson ehtiyatlı tərzdə vəziyyətin de-eskalasiyasına çağırıblar.

Tramp effekti

Həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ nazirləri əvvəllər dialoqa cəhd etdiklərini söyləyirlər.

Onlar Qətər əmirini üç il əvvəl verdiyi vədləri pozmaqda ittiham edir.

Bəs görəsən gərginlik niyə indiyə təsadüf edib? Səudiyyə və BƏƏ, Ağ Evdəki yeni müttəfiqə arxalanır?
"Makro səviyyədə mən deyərdim, bəli, bu belədir," Qarqaş deyib.

"Biz görürük ki, Trump administrasiyası üçün ekstremizm və terrorla mübarizə prioritetdir, və bu, böyük, böyük bir dəyişiklikdir".

Amma regionda bu mübarizə qaranlıq bir işdir.

Suriya müharibəsində, bu özünü Türkiyə otelləri vasitəsilə tez-tez ötürülən çantalarla pul şəklində özünü göstərib.

Bu isə, hesabatlılığın tükəndiyi nöqtədir, çünki pulun hərəkəti sərhədin o biri tayında qarmaqarışıqlı döyüş meydanında bitir.

Qətər, iddia edildiyi kimi, əl-Qaidə ilə əlaqəli olan və əvvəllər Ən-Nüsrə Cəbhəsi kimi tanınan və prezident Bəşər Əsədin qüvvələri ilə mübarizə aparan ən böyük cihadçı qruplardan biri sayılan Həyat Təhrir əş-Şəm təşkilatını dəstəklədiyinə görə dəfələrlə tənqidə məruz qalıb.

Ancaq digər Körfəz ölkələri də, o cümlədən Səudiyyə də, sərt xətt yürüdən islamçı döyüşçüləri maliyyələşdirir.

Son illər ərzində Ər-Riyad bu məsələyə dair mövgeyini sərtləşdirib.

"Biz terrorizmin maliyyələşdirilməsini kəsmişik", Cubeyr deyib. O və onun BƏƏ-li həmkarı indi nəzarətdən kənar baş verən pul köçürmələrini "keçmişdən qalma" halları kimi qələmə verirlər.

"Biz tamamilə bunun qarşısını kəsə bilmirik, lakin mümkün olan qədər və dünyanın hər hansı bir ölkəsindən daha çox sayda belə halların qarşısını alırıq", o deyib.

Təhlükəli an

Lakin Qətər də hərəkətə keçdiyini söyləyir.

Qonşuların ən son ittihamına cavab olaraq, Qətər vurğulayıb kı, özünü İslam Dövləti (İD) adlandıran qrupa qarşı fəaliyyət göstərən və ABŞ-ın başçılığı altında yaradılmış koalisiyanın ən fəal üzvüdür.

Bu böhrandan cəmi bir neçə həftə əvvəl, ABŞ-ın Dohadakı səfiri paylaşdığı tvitdə, Qətəri "terrorçuluğun maliyyələşməsi ilə mübarizədə güclü tərəfdaş" kimi dəyərləndirmişdi.

"Yalnız bir mənbəni seçib hədəfləmək səmərə vermir, - Doha İnstitutunun münaqişə və humanitar tədqiqatlar mərkəzinə rəhbərlik edən Sultan Bərəkət deyir. - Regionda digərlərindən daha təhlükəli olan və həmin qüvvələrə rəğbət bəsləyənlər var".
Həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ hər bir ölkənin öz vəzifəsini yerinə yetirməli olduğunu deyir, lakin hazırda hədəf Qətərdir və bu vəziyyətin nəticəsi regionda böyük əhəmiyyət daşıyacaq.

"Əgər Qətəri, bir çox ölkələrdə terrorçu sayılmayan Müsəlman Qardaşları da daxil, xaricdəki qruplara dəstək verməkdən imtina etməyə inandırmaq mümkün olarsa, bu onların sərbəst xarici siyasətinin sonu və bu sahədə ər-Riyaddan idarə edilməsi deməkdir", - İslamçı hərəkatlər üzrə Qərb eksperti bildirir.

Qətərin tənqidçilərinin hara qədər irəliləyəcəkləri aydın deyil.

Ənvər Qarqaş indiki anın təhlükəli olduğunu etiraf edib.

"Məni daha çox Qətərin təcrid vəziyyətə düşəcəyi düşündürür", o, deyib.

Hər iki tərəf, görünür, uzun çəkəcək çəkişməyə hazırlaşaraq müttəfiqlər və təsirli siyasi alətlər axtarışındadır./virtualaz.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Qətər sahillərinə döyüş gəmiləri göndərdi

    ABŞ Qətər sahillərinə döyüş gəmiləri göndərdi ...

    16-06-2017, 17:33

  • 
  • Səudiyyə İsraillə danışıqlara başladı - Qətər böhranı

    Səudiyyə İsraillə danışıqlara başladı - Qətər ...

    18-06-2017, 14:00

  • 
  • AZAL: Qətərdən Azərbaycana uçuşların taleyi Qətər Hava Yollarından asılıdır

    AZAL: Qətərdən Azərbaycana uçuşların taleyi Qətər ...

    6-06-2017, 14:38

  • 
  • Prezident İlham Əliyev Qətərə rəsmi səfər edib

    Prezident İlham Əliyev Qətərə rəsmi səfər edib ...

    26-02-2017, 23:48

  • 
  • 6 ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri dayandırıb

    6 ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri ...

    5-06-2017, 16:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu