"Kiyevdə hərbçinin ölümü ilə nəticələnən hadisə terrordur".
Bunu Ukrayna Daxili İşlər Nazirliyi Kommunikasiya idarəsinin direktoru Artyom Şevçenko bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı “terror hadisəsi” maddəsi üzrə cinayət işi açılıb.
“Ukrainskaya Pravda”nın yazdığına görə, partlayış nəticəsində ölən şəxs Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xüsusi təyinatlı dəstəsinin rəhbəri, 1978-ci il təvəllüdlü Maksim Şapovaldır.
Hadisə nəticəsində yaralanan iki nəfər yoldan keçən təsadüfi şəxslər olub.
* * *11:30
Ukraynanın paytaxtı Kiyevin Solomensk rayonunda avtomobilin partlaması nəticəsində sürücü ölüb, iki nəfər yaralanıb.
Bu haqda Kiyev polis idarəsi məlumat yayıb.
İnformasiyaya əsasən, “Mersedes” markalı avtomobil hərəkətdə olarkən partlayıb. Avtomobilin salonunda sürücünün tək olduğu bildirilib. Partlayış nəticəsində avtomobilin hissələri uçaraq, müxtəlif istiqamətlərə düşüb.
Partlayışın səbəbini müəyyən etmək məqsədi ilə hadisə yerində mütəxəssislər işləyir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?