Bu məqsədlə jurnalistlər öz ölkələrinin xüsusi xidmət orqanları ilə könüllü şəkildə əməkdaşlıq edirlər
“ABŞ-ın Rusiya təhdidi ilə mübarizəyə başının qarışdığı bir vaxtda Avropa ölkələri bununla bağlı daha ağıllı tədbirlər görməyə başlayıblar. Onlar Kremlin seçicilərə təsir göstərməsinə və Avropanın bütünlüyünü zəiflətmək cəhdlərinə qarşı cəsarətli taktika və metodlar işləyib hazırlayıblar”.
Gündəm Xəbər-in əldə etdiyi məlumatda bildirilir ki, yazıda rusların informasiya təxribatı müharibəsinin ən uğurlu tətbiq edildiyi məkanın keçmiş SSRİ ölkələri olduğu qeyd edilir.
Estoniya Müdafiə Nazirliyinin daimi katibi Conatan Vseviovun fikrincə, Rusiyanın zərərverici fəaliyyəti əsas olaraq Avropa cəmiyyətləri içərisində müxtəlif qruplar, siyasi hərəkatlar, elitalar və xalqlar arasında etimadın yox edilməsinə yönəlib.
Məqalə müəllifləri Avropada ruslara qarşı əks hücumda əsas etibarı ilə Böyük Biritaniya, Fransa, Almaniya, Çexiya, Slovakiya, Polşa, Hollandiya, Ukrayna, Finlandiya və Latviyanın araşdırmaçılarının iştirak etdiyini yazırlar.
“Məsələn Slovakiyada 1400 reklamverici şirkət qeyri-hökumət təşkilatının məlumatına istinad edərək bir sıra iftira və yalan məlumat yayan saytları boykot etmək qərarına gəlib”, - məqalədə yazılıb.
Məqalədə Baltikyanı məkanda fəaliyyət göstərən Re:Baltica saytının direktoru İnqa Springedən sitat gətirilərək adıçəkilən bölgə ölkələrində mətbuat və hökumət arasında Rusiyanın informasiya müharibəsinə qarşı birgə mübarizə ilə bağlı əməkdaşlıq həyata keçirildiyi vurğulanır: “Aprel ayında Re:Baltica saytında “Ümumilikdə Baltnews adı ilə tanınan üç Baltikyanı rusdilli xəbər saytı Kremlin qlobal təbliğat şəbəkəsi ilə sıx bağlıdır”, adlı məqalə dərc olunub. Springenin sözlərinə görə, eyni şəbəkə Rusiya xaricində bir çox media qurumlarını özündə birləşdirir”.
Sayt rusların aşkar edilən media şəbəkəsinə qarşı Estoniya kəşfiyyatı ilə əməkdaşlıq etdiyini heç gizlətmir. Məqalədə Avropa ölkələrinin problemi müxtəlif yollardan həll etməyə çalışdıqları qeyd edilir.
“Məsələn İsveç orta məktəblərdə Rusiya təbliğatını ayırd etməyi öyrədən hazırlıq proqramlarına start verib. Müdafiə nazirliyi isə, rusların İsveç cəmiyyətində çaşqınlıq yaratmaq cəhdlərinin müəyyən edilməsi və bununla mübarizə aparılması yönündə yeni hərbi birliklər yaradıb”, - məqalədə deyilir.
Məqalə müəllifləri bənzər tədbirlərin Avropanın bir çox ölkələrində görüldüyünü vurğulayırlar: “Litvada özlərini “elf” adlandıran 100 vətəndaş kiberməkanda rusların xeyrinə sosial şəbəkələrdə dezinformasiya yayılması ilə məşğul olan adamların axtarılıb-tapılması işini görürlər. Brüsseldə isə Avropa Birliyinin strateji kommunikasiyalar üzrə opertaiv işçi qrupu yaradılıb. Buraya rəsmi olaraq 14 əməkdaş və alim, təhqiqatçı və jurnalistdən ibarət yüzlərlə könüllü daxildir. Onlar iki il ərzində 18 müxtəlif dildə yalan və ya təhrif olunmuş şəkildə yayılan informasiyaları və onların mənbələrini araşdırıb üzə çıxarıblar”.
Yazıda adıçəkilən dövlətlərin təkcə Rusiyanın əməllərinin ortaya çıxarılması deyil, həm də onların zamanında qarşısının alınması ilə bağlı tədbirlər gördüyü də yazılıb: “Fransa və Böyük Britaniyada Facebook-u on minlərlə avtomatlaşdırılmış saxta hesabı silməyə məcbur ediblər. Bu hesablar seçicilərə təsir göstərmək, onlarda hər hansı namizədə rəğbət oyatmaq və ya nifrət aşılamaq kimi funksiyaları icra edib”.
Məqalədə yazıldığına görə, bununla bağlı Almaniya nazirlər kabineti sosial şəbəkələrdə aşağılayıcı və həqarət dolu statusların silinməməsinə görə 53 milyon dollara qədər cərimənin tətbiq olunacağı barədə qanun layihəsini təsdiq edib.
Sorğu
Yeni dizaynımız necədir?