Gündəm Xəbər bildirir ki, koalisiya qüvvələri İŞİD terror təşkilatının şəhərdəki həbsxanasını hədəfə alıblar. Verilən məlumata görə, əməliyyatlar zamanı çoxsaylı dinc əhali ölüb.
Koalisiya qüvvələrindən bildiriblər ki, əməliyyat zamanı ölənlər dinc əhali olmayıb. Açıqlamaya görə, ölənlər İŞİD terror təşkilatının pulla satın aldıqları muzdlu döyüşçülər olublar.
Qeyd edək ki, iyun ayının 25 və 26-da keçirilən əməliyyat zamanı Suriyanın bir çox şəhərlərində İŞİD terror təşkilatının mövqeyləri hədəfə alınıb. Hədəflərdən biri də terrorçuların həbsxana kimi istifadə etdiyi ərazi olub. Zərbələr zamanı 42 nəfərdən çox insanın öldüyü bildirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?