Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel Türkiyənin iddiaları ilə bağlı sensasiya xarakterli açıqlama verib.
Gündəm Xəbər Avropa.info-ya istinadla xəbər verir ki, Qabriel PKK mövzusunda Türkiyənin haqlı olduğunu, bu terror şəbəkəsinin Almaniyadakı addımlarının qəbuledilməzliyini açıqlayıb. Qabriel bildirib ki, Türkiyə siyasətçilərinin Almaniyadakı türk vətəndaşlarına müraciətinə yasaq qoyub, əvəzində PKK lideri Öcalanın fotolarının nümayişinə izn vermək olmaz.
“Əhali arasında PKK təbliğatına izn verməməyimiz barədə Türkiyənin xəbərdarlıqları haqlıdır. PKK bu ölkədə 1990-cı illərdən qadağan edilmiş bir təşkilatdır. Haqlı olaraq. Yalnız Türkiyədə etdiklərinə görə deyil, Almaniyada şantajla xərac toplama, narkotik və silah ticarətindən, Almaniyada türk vətəndaşlarının təhdid edilməsindən dolayı. Türk siyasətçilərin Almaniyada müraciətini qadağan edib, Öcalanın şəkillərinin nümayiş edilməsinə imkan yaradılmasını da mən qəbul etmirəm. Bu məsələdə Türkiyə haqlıdır”, - deyə Qabriel bildirib. Qabrielin açıqlamasını Türkiyə mediası (Yeni Akıt) tirajlayıb. Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğanın G-20 sammitində iştirakı zamanı Almaniyadakı türk ictimaiyyəti ilə görüşünə icazə verilməmişdi. Hətta Qabriel də Türkiyə ilə yaşanan münaqişənin son dərəcə böyük və çətin olduğunu, türk siyasilərin Almaniyadakı ictimai tədbirlərə getməsini qəbul etmədiyini bildirmişdi. Həmçinin qeyd etmişdi ki, Ərdoğan Almaniyadakı həmvətənlərinə müraciətində bu yanğını “körükləməməlidir”.
Qabriel daha öncəki açıqlamasında da Ərdoğanın türklərə müraciət istəyini "uyğunsuz" adlandırmışdı.
Ərdoğan iyulun 7-8-də G-20 sammitində iştirak etmək üçün Almaniyaya səfər edəcək.
Sorğu
Yeni dizaynımız necədir?