Mətbuat onun və ailəsinin qaranlıq biznes əlaqələrini didməkdə davam edir Donald Trampın Rusiya ilə bağlantıları iddiasının onun bütün siyasi kareyrasını və hətta iş və ailə həyatını təqib edəcəyi şübhəsizdir.
Az qala hər gün mətbuatda bu barədə yeni fakt, məlumat, material açıqlanır. Hər yeni informasiya isə Trampın üzərindəki şübhələri seyrəltmək yerinə onu daha da sıxlaşdırır.
Mətbuatın bu dəfəki mövzusu Donald Trampa Rusiyanın seçklərə müdaixləsi ilə bağlı hüquqi məsləhətlər verən şəxslə bağlıdır. Belə ki, onun adı prezidentin ailəsi ilə bağlı qaranlıq faktlarda hallanır.
Qərb qəzetlərinn verdiyi xəbərə görə, həmin hüquqşünasın Trampın kürəkəni Cared Kuşnerə Nyu-York şəhərində bahalı və prestijli daşınmaz əmlakın alqısında iştirak etdiyi ortaya çıxıb. Bu satışla bağlı bəzi şübhəli məqamlar isə hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.
Böyük Britaniyanın The Guardian qəzeitnin verdiyi məlumata görə, söhbət Marko Kassovits adlı vəkildən gedir.
The Guardian apardığı təhqiqat zamanı müəyyən edib ki, Kassovitsin “Kasowitz Benson Torres” adlı hüquq firması The New York Times qəzetinin redaksiyasının əvvəllər yerləşdiyi binanın sahibinin nümayəndəsi olub. 2015-ci ildə obyektin bir hissəsi 296 miyon dolara Cared Kuşnerə satılıb.
The Washington Post-un yazdığına görə isə, Kuşner binanın alınması üçün Deutsche Bank-dan 285 milyon dollarlıq borc da alıbmış.
Burada Kassovitsin şəxsinə yönəlik diqqət təkcə onun bu alqı-satqıda fəal rol oynaması ilə bağlı deyil.
Belə ki, hüquqşünasın həm də Rusiyanın “Sberbankı”nı da ABŞ federal məhkəməsində maraqlarını təmsil etdiyi ortaya çıxıb. Kassovits The Guardian-a göndərdiyi məktubda burada qeyri-adi bir şey olmadığı və məsələnin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlanılmasının doğru saymadığını bildirib. Kassovitsin fikrincə, burada ABŞ-da qadağan olunan “maraqlar münaqişəsi”ndən (yəni dövlət qulluqçusuna şəxsi mənfəət güdməsinin qadağan olunması -red.) söhbət gedə bilməz.
Lakin qəzetin bununla bağlı öz mülahizələri var. Belə ki, xəbərə görə, Kassovitsin hüquq firmasının partnyorlarından sayılan Edvard Manolli Nyu-Yorkun cənub dairəsinin prokuroru vəzifəsinə təyin oluna bilər. Onun Trampın bu yaxınlarda vəzifədən azad etdiyi Prit Bhararanı əvəz etməsi gözlənilir.
Mətbuatın yazdığına görə, Kaasovits hər yerdə Bhararanı işdən qovdurmaqla öyünürmüş.
Qəzet Bhararanın Deutsche Bank-ın Rusiyanın çirkli pullarının yuyulması işində iştirakını araşdırdığını xatırladır.
The Guardian bütün bu əlaqə zəncirini qurduqdan sonra yenidən Cared Kuşnerin aldığı bina məsələsinə qayıdıb və ortaya maraqlı faktlar çıxıb.
“Məlum olub ki, yuxarıda bəhs olunan bina Cared Kuşner tərəfindən alınmazdan qabaq SSRİ-də, Özbəkistanda anadan olan, hazırda İsrail vətəndaşı Lev Levayevə məxsus olub. O, Africa Israel Investments şirkəti Tayms Skverdə 2007-ci idlə 535 miyon dollara obyekt alıb. Ştatın reyestrində qeyd olunur ki, şirkətin The New York Times qəzetinin yerləşdiyi binanı alan filiallarından biri Donlad Trampa məxus obyektdə qeyd alınıb.
Levayev hər yerdə özünü Rusiya prezidenti Vladimir Putinin dostu kimi qələmə verir.Yəhudi əsilli iş adamı MDB ölkələrinin yəhudi icmaları federasiyasının prezidenti kimi bir neçə dəfə Putinlə görüşüb.
Qəzetin yazıdğına görə, Putinə yaxın firma ilə sıx münasibətlərdə olan adamın Trampa vəkillik etməsi prezidentin Rusiydakı rejimlə əlaqələri barədə şübhələri bundan sonra daha artıracaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?