Rusiya Prezidenti Vladimir Putin üçün ABŞ lideri Donald Trampın psixologiyası ilə bağlı sənəd hazırlanır. Bu sözləri Rusiyanın sabiq xarici işlər naziri Andrey Federov deyib. O bildirib ki, sözügedən sənəd Putinin komandası və təqaüddə olan diplomatlar tərəfindən hazırlanır: “Həmin qovluqda Tramp riskə getməyi sevən naşı siyasətçi kimi göstərilir. O, ölkəsini iş adamı kimi idarə etmək istəyir. Düşünürəm ki, həmin sənəd Putin üçün avantajdır”. Federov onu da əlavə edib ki, Trampın davamlı olaraq mətbuatla qalmaqalları Rusiya tərəfini narahat edir: “Buzda rəqs edir. Bu, olduqca təhlükəlidir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?