GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyanın tam məxfi yeni silahı və ya “5-ci imperiya” mühəndisləri – Həmid Herisçi yazır

Rusiyanın tam məxfi yeni silahı və ya “5-ci imperiya” mühəndisləri – Həmid Herisçi yazır

Tarix: 2-07-2017, 11:00 Bölmə :Dünya Baxış: 318
Rusiyanın tam məxfi yeni silahı və ya “5-ci imperiya” mühəndisləri – Həmid Herisçi yazır

“İdeoloji silah”... Bəli, bu gün ən kütləvi qırğın silahı nüvə silahı deyil. Yox. Məhz “ideoloji silah”dı. Azərbaycanın cəbbəxanasında belə bir kütləvi qırğın silah növü mövcud olmasa da, digər ordularda var. Misal üçün, Rusiya ordusunda bu silah növünün gör neçə ildir ki, sınaq uçuşları keçirilir.


Rus yazarı Aleksandr Proxanov, mübahisəsiz-filansız, bu təcrübəvi silahın baş mühəndisi sayılır Rusiyada. Mart ayında Moskvadaykən mən bu silahın ağır barıt qoxusunu bir çox ünvanlarda, xüsusən Rusiya Dövlət Teleradio şirkətində, habelə “Zavtra” qəzetinin redaksiyasında burnuma çəkə bildim. O məxfi silahın mühəndisi Aleksandr Proxanov ilə üzbəsurət görüşdüm. Mövzu ilə əlaqədar sualımı ona ünvanlayanda cavabında görün nə eşitdim: “Bəli. İndi biz “5-ci imperiya”nı qururuq. İlk İmperiya Kiyev Rusiyasıydı. İkinci Rüryukların Moskva dövləti. Üçüncüsü Romanov xanədanı. “4-cü imperiya”nın rəngi qırmızıydı. Beşinci imperiya gəldikdə isə... bu model radio və televiziya dalğalarında, kino sənətində, heykəltəraşlıqda, ən vacibi-siyasətdə hələ pilot layihə cərgəsindədir. Beşinci imperiya modeli, yadda saxlayın, yad əraziləri deyil, oxşar ruhları, mədəniyyətləri birləşdirəcək özündə. Azərbaycan da, bəli, qoşula bilər bu ideoloji silahın təcrübəvi uçuşlarına”.

Söhbətimizdən mənə aydın oldu ki, bu ideoloji silah növü Rusiya yaradıcı təşkilatlarında, kinomatoqrafında, TV-lərində artıq çoxdan bəri uğurla sınaqdan çıxarılır. Beləliklə, bu kütləvi qırğın silah növüylə indi siz də yaxından tanış olun.

DOSYE: 5-Cİ RUSİYA İMPERİYASI

İdeoloji silah növüdür. Rusiya Yazarlar Birliyində misal üçün təp-təzə, cağbacağ “İmperiya mədəniyyəti” ödülü də mövcuddu. Mükafatlandırılanlar siyahısında bir çox məşhur imza sahibləri, o cümlədən Rusiya xarici İşlər naziri Sergey Lavrovun solğun şerləri də var.

QƏRƏRGAHI: 2012-ci ildə ultrakonservativ Rusiya elitası üzvləri, başda yazıçı Aleksandr Proxanov, Estoniya sərhədində yerləşən İzborsk şəhərinə toplanaraq burda eyniadlı diskussiya klubunu təsis edirlər. “İzborsk klubu” qısa zamanda gündəmi işğal edir. Kreml rəhbərliyi tərəfindən 10 milyon rubl məbləğində qrantla mükafatlandırılır. İndi həmin bax, bu klub “5-ci imperiya” ideoloji silahının bir növ ana nüvəsi, baş qərargahı kimi tanınır Rusiya Federasiyasında.

İKONASI: 2015-ci ilin may ayında klub üzvləri qərara gəlirlər bax bu “5-ci imperiya” ideyasını bir ikonada əks etsinlər. “Derjavnaya ikona Bojyey Materi” adını qazanan bu ikonada İosif Stalin öz ən yaxın silahdaşları əhatəsində təsvir edilib. Proxanov indi bu ikona ilə birgə vaxtaşırı bütün Rusiya bölgələrini gəzib dolanır. Deyilənə görə, günlərin birində “5-ci imperiya” aşiqləri məhz bu ikonanın arxasıca Kremlə daxil olacaqlar.

KÜTLƏVİ TƏBLİĞAT TƏDBİRLƏRİ: “ÖLMƏZ TAKIM”

Rus pravoslav kilsəsi öz “xaç yürüşləri” ilə məşhurdu. “İzborsk klubu” nümayəndələri bir gün qərar verirlər bu unudulmuş ayini redaktə edib yenilənmiş şəkildə cəmiyyətə qaytarsınlar. “İzborsk klubu” üzvləri yamanca dindardırlar. Öz təşəbbüslərinə göydən, qeybdən, yuxu-röya aləmindən razılıq işarəsi almasalar, heç vaxt növbəti yeni addımlarını irəli atmazlar. 2007-ci ildə Tomsk şəhəri sakini Gennadiy İvanov yuxu görür: milyonlarla rus vətəndaşı... əllərində müharibə iştirakçılarının böyüdülmüş foto lövhələri Qızıl meyadana doğru axışırlar.

Bu röyanı tirajlamaq, təbliğat vasitəsinə çevirmək dönür 5-ci imperiya müəlliflərinin bir saylı vəzifəsinə. Tezliklə bütün Rusiya şəhərlərində bu cür xaç... üzr istəyirəm, xalq yürüşləri keçirilir. Hətta Vladimir Putinin özü belə, əlində rəhmətlik atasının böyüdülmüş fotosu, 2015-ci ilin 9 may tarixində bu xalq yürüşünə qatılır.

“5-ci İMPERİYA” MEMARLARI: Siyahı uzundu - filosof Aleksandr Duqin, yazıçı A. Proxanov, televiziya aparıcıları Maksim Şevçenko, Mixail Leontyev, iqtisadiyyatçı Mixail Delyaqin, diplomat Dmitri Roqozin, hərbi ekspert Leonid İvaşov, publisist Nikolay Starikov, jurnalist Maksim Kalaşnikov, Valeriy Korovin, Nobel mükafatı laureatı, fizik Jores Alferov, habelə onlarla digər tanınmış imza sahibləri. Belələrindən biri-iqtisadiyyatçı Sergey Qlazyev, müasir Putin rejiminin bir saylı iqtisadi eksperti sayılır.

VURUCU İSİMLƏR: Rusiyada “İmperiya sənəti” modelini incəsənət, kino sahəsində sınaqdan çıxaran ən görkəmli sənətkar, mərhum rejissor Mixail Bondarçukun oğlu Fedordur.
“İzborsk klubu” üzvləri tam mistiklərdi. Öz doğum tarixlərinə, ulduz fallarına xüsusi fikir verəndirlər. Misal üçün, Aleksandr Duqinin 1962-ci ilin 7 yanvar tarixində-pravoslav təqviminin birinci günündə dünyaya göz açması, klub üzvləri gözündə ilahi bir rəmzdi. Ancaq Fedor Bondarçukun payına belə rəmzlərdən ən müqəddəsi - 9 may tarixi düşüb. Bondarçukun 9 may 1967-ci ildə, yəni qələbə günü dünyaya gəlməyi, klub üzvləri arasında çox ciddiyə alınır. Çoxları bunda göydən gələn xüsusi işarə gördüklərini utanmadan, çəkinmədən açıq-aşkar boyunlarına alırlar.

Bu və digər müəmmalı səbələrdən Fedor Bondarçuk kinolentləri, xüsusən “Stalinqrad”, “Casus” bloqbasterləri bu yeni neoimperiya sənətinin ən vacib nümunələri siyahısına daxildi. Siyahı hələlik, bu filmlərlə açılıb, Proxanovun növbəti romanları ilə qapanır.

Şəxsən mən “Casus”-un 4 seriyasına birnəfəsə baxdım. Filmin süjeti, ssenarisi də əladı, rejissor həlli də. Misal üçün, filmdəki 30-cu illər Moskvası texnoloji, futuristik, fantastik bir şəhərdi. Küçələrində, səkilərində xoşbəxt sovet insanları ələ-ələ verib sağa-sola gəzişir. Öz səadətlərindən doymaq nədi bilmirlər. Nəhəng Stalin göydələnləri adamın xəyallarını dartıb göyün yeddinci qatına aparır sanki. Babil qülləsini xatırladan “Sovetlər sarayı” göydələnin kağız üzərindəki layihəsi, filmdə canlanıb reallaşır. Dönür ağ kostyumlu Stalinin baş iqamətgahına. Filmdəki Stalin müdrükdü, Hitlerin isə hiyləgər. Sonuncu Stalinə canlı məktub, yəni xüsusi təyinatlı casus Vasseri göndərir. Stalini inandırır guya müharibə olmayacaq. Ürəyi geniş Stalin buna aldanaraq ehtiyatı əldən verir. Nəticədə müharibənin ilk dövründə sarsıdıcı zərbələrə tuş gəlir. Ordusunun tən yarısını itirir az qala.

Filmin məqsədi eyni gizli mesajdı. “İzborsk klubu” kahinləri bu filmdə iddia edirlər ki, Putin də Stalin kimi Qərbin, indiki Hitlerlərin yağlı vədlərinə aldanır. Elə bilir Qərblə Rusiya arasında guya qanlı müharibə olmayacaq. Ay-hay... Müharibə labüddü... Qərbin sülhməramlı mesajları qara qəpiyə də dəyməz, vallah.

BAYKERLƏRİN ŞOU-PARADI. Krım hadisələri olmasa, “İzborsk klubu”nun “5-ci imperiya” layihəsi elə kağız üzərində qalıb özünü reallaşdıra bilməyəcəkdi. Krım hadisələri bütün bu prosesləri çadra altından çıxarır, ikinci nəfəs verir bu layihəyə. Dinamikasını sürətləndirir. “5-ci imperiya” modeli barədə məxfi sənədlər nəhayət, gəlib çıxır Putinin yazı masası üzərinə. Putinin iti qələmi, bir an bu sətirlər üzərindən sürətlə ötür. Axır, çılğın bir imzaya çevrilir bu sənədlərin son sətirləri altında.
Putinin bayker dostu, “Gecə canavarları” motoklubunun sədri, “Cərrah” təxəllüslü Aleksandr Zaldostanov da bu proselərsdən kənarda qalmır. Putinin sifarişi ilə ötən il Sevastopolun Qasfort dağında “5-ci imperiya” bayk-şousunu təşkil edib minlərlə şəhər sakinini qatır bu tədbirinə. Rok konsert, kaskadyor fəndləri, hərbi texnikanın iştirakı ilə yadda qalan bu mərasim, bütün ümidləri doğruldur sanki. Qərar qəbul edilir ki, bu cür “5-ci imperiya” tədbirləri Rusiyanın digər coğrafi nöqtələrində də təkrar-təkrar keçirilsin. Baykerlərin uzun kərvanı belə tədbirlərdən bir an əskik olmasın.

ŞƏRHLƏR: Rusiya İctimai Palatası tərəfindən maliyyələşdirilən bu “5-ci imperiya” tok-şousu çərçivəsində Krım baykerləri 7 milyon rubl qranta layiq görülüblər. Mətbuata verdiyi müsahibəsində Aleksandr Proxanov bu şounu görün necə dəyərləndirib: “5-ci İmperiya” müasir Rusiyadır. Gənc tamaşaçılarımızın beynində biz imperiya təfəkkürünü oyatmalıyıq. Daxili gizli defekt, müasir dünyanı öz süqutuna doğru sürükləməkdədir. Biz Rusiyanı bu təlatümlərdən qoruyub onu yenidən bir qılınc kimi düşmənlərin köksünə sancmalıyıq”.

5-Cİ İMPERİYA TEXNOLOGİYALARI: “İzborsk klubu”, “5-ci imperiya” modelinin inşasına əliboş qatılmayıb. Bu sahədə ən mükəmməl dərslik yenə də Aleksandr Praxanov ilə filosof S.V. Kuquşov tərəfindən qələmə alınıb. “5-ci İmperiya texnologiyaları” adlanan bu kitabı oxumasanız, bəli, “narıncı inqilablar”ın növbəti qurbanı məhz sizsiz.
TƏNQİD: Publisis Yelena Çudina “İzborsk klubu” üzvlərini təriqətçilikdə, sektantlıqda ittiham edib. Qeyd edib ki, Proxanov, Duqin, Heydər Camal kimilər, nəhayət “İzborsk klubu” layihəsi Rusiyanı islam dünyasına daha çox bağlayır, nəinki tərəqqipərvər Qərb dünyasına: “Exo Moskvı” radiosu dalğalarında Aleksandr Proxanovun bir dəfə cürət edib öz barəsində əsl həqiqəti səsləndirib. Deyib ki, müsəlmandı həm də. Əhməd adını daşıyır. Duqin isə satanisti. Müəllimi Sergey Qolovinin məzarı üzərində Heydər Camalla o, satanist ayinlər həyata keçiriblər”.

AYIN GÖRÜNMƏYƏN TƏRƏFİ: “İzborsk klubu” son zamanlar öz xarici siyasətində böyük uğurlar əldə edib. Misal üçün, klubun üzvü İqor Dodon Moldova prezidenti seçilincə öz iqamətgahı üzərindən Avropa Birliyi bayrağını aşağı endirib. Öz saytının dilini rumuncadan moldova ləhcəsinə dəyişib. İlk səfərini Moskvaya salıb. Putinlə görüşündə özünü avrasiyaçı kimi göstərib.
*****
“İzborsk klubu” sədri Aleksandr Proxanovun ölkəmizə marağını, hətta sevgisini indi mən heç cür izah edə bilmərəm. Ancaq bu Avrasiya təəssübkeşinin ölkəmizə son səfəri məncə boş yerdən qaynaqlanmır. “5-ci imperiya” müəlliflərinin bizdən umacaqları az deyil. Tərəzinin bir gözündə bizim maraqlardı, digərində Rusiya maraqları. Rusiya pərdəönü ilə münasibətlərimiz azdı. Gərək bizim Rusiya pərdəarxası ilə də sıx əlaqə tellərimiz olsun. Proxanovun ölkəmizə son səfəri, sözsüz, bu sahədə bizə yeni üfüqlər vəd edir./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın məxfi silahı Ağdərədə bir avtobus dolu erməni yaraqlısını məhv etdi

    Azərbaycanın məxfi silahı Ağdərədə bir avtobus ...

    4-04-2016, 23:15

  • 
  • Ermənistan Rusiyadan silah almağa başladığını təsdiqlədi

    Ermənistan Rusiyadan silah almağa başladığını ...

    4-05-2016, 11:28

  • 
  • Moskvanın Bakıya silah satması... - Sərkisyan etiraf etdi

    Moskvanın Bakıya silah satması... - Sərkisyan ...

    28-06-2017, 21:45

  • 
  • ABŞ-dan Putinə imperiya ittihamı

    ABŞ-dan Putinə imperiya ittihamı ...

    9-12-2012, 11:15

  • 
  • Şimali Koreya bu ölkəni də nüvə silahı ilə təhdid etdi: "Payınızı alacaqsız!"

    Şimali Koreya bu ölkəni də nüvə silahı ilə təhdid ...

    24-04-2017, 10:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu