Lamberto Zanyerin səlahiyyət müddəti iyunun 30-da başa çatıb.
Ancaq ATƏT üzvləri yeni baş katibin seçilməsi məsələsində razılığa gələ bilməyiblər. ABŞ və Rusiya da daxil olmaqla, ATƏT-in 57 təşkilatda bir sıra rəhbər vəzifələrə təyinatla bağlı “paket razılaşma” əldə edə bilməyib. Baş katiblə bərabər, Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büronun rəhbəri, milli azlıqlarla iş üzrə komissar və ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi postları da boşdur.
ATƏT xarici işlər nazirlərinin iyulun 11-də Vyanada keçiriləcək görüşü kadr məsələlərinin həlli üçün növbəti imkan olacaq. Baş katib postuna ən real namizəd İsveçrənin ATƏT-dəki sabiq daimi nümayəndəsi Tomas Qreminqer sayılır.
L. Zanyer yaranmış vəziyyətin ATƏT daxilində ciddi parçalanmanın olduğunu göstərdiyini bildirib./APA/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?