Hamburqda cümə günü G20 qrupu ölkələrinin zirvə görüşü işinə başlamalıdır.
Bu arada, səhər saatlarından şəhərdə etirazçılarla polis arasında toqquşmalar yenidən başlayıb. İğtişaşlarda iştirak edənlər maşınlara od vurur, küçələri bloklayır, Hamburq polisi bildirib. Etirazçılar su şırnaqları ilə dağılışmağa məcbur edilir. "Aqressiv əhval-ruhiyyədə olanlara qarşı hazırda əməliyyat keçirilir", - AFP agentliyi polisin bəyanatından sitat gətirib. Cümə axşamı günü keçirilən dinc etiraz aksiyası polislə toqquşmaya çevrildi. Nəticədə, azı 76 polis əməkdaşı xəsarət alıb, 3 polis işçisi xəstəxanaya göndərilib. Toqquşmalara səbəb "Cəhənnəmə xoş gəlmisiniz" aksiya işçtirakçılarının polis tərəfindən saxlanması cəhdləri olub. G20 sammiti Hamburqda iyulun 7-də başlayır və elə həmin gün də ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putinin görüşü keçirilməlidir. Şəhərdə sammitin işləyəcəyi dövrdə təhlükəsizliyi 20 minədək polis və xüsusi xidmət əməkdaşları təmin edəcək. Gözlənildiyinə görə, etiraz aksiyalarında 100 minədək insan iştirak edə bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?