Şəhərin İŞİD-dən azad olunması üzrə əməliyyat 2016-cı ilin oktyabrında başlayıb
İraqın elit anti-terror dəstələrinin hərbçiləri Mosulda aparılan əməliyyatlar zamanı ilk dəfə olaraq şəhərin iki hissəsini birləşdirən Dəclə çayının sahilinə çıxıblar. Bu barədə hərbçilərin nümayəndəsi Sabah an-Numan “Reuters”ə bildirib. Mosulun İŞİD terrorçularından azad olunması üzrə əməliyyat 2016-cı ilin oktyabrından davam edir. Onun sözlərinə görə, hərbçilər bazar günü gedən döyüşlər nəticəsində Mosulun şərqi ilə qərbini birləşdirən Dəclə çayı üzərindəki dağıdılmış körpülərdən birinə çatıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?