ABŞ prezidenti Donald Trampın oğlu ötən il Hillary Klinton barədə xələl gətirən informasiya vəd verən Kremlə bağlı rus vəkillə görüşməyə razılıq verib, Nyu-York Times xəbər verir.
Gündəm Xəbər bbc.com-a istinadən xəbər verir ki, Donald Tramp bildirib ki, o, Natalya Veselnitskaya ilə görüşüb, amma bu "mənasız informasiya" barədə xanım Klinton məlumatlandırılıb. Görüşdə həmçinin prezidentin kürəkəni Jared Kushner və kampaniyanın o vaxtki rəhbəri Paul Manafort da iştirak ediblər. ABŞ rəsmiləri Rusiyanın ABŞ seçkilərinə müdaxilə iddialarını araşdırırlar. Federal Təhqiqatlar Bürosu və Konqres Tramp kampaniyasının "Kreml təxribatı" ilə işbirliyi edib-etmədiyini araşdırır, hələlik hansısa sövdələşmə faktı əldə edilməyib. Xanım Veselnitskaya ilə görüş 9 iyul 2016-cı ildə, cənab Trump Respublika partiyasının namizədi seçildikdən iki həftə sonra Nyu-York şəhərindəki Trump Qülləsində keçirilib.
Seksizm yoxsa mehribançılıq? Trump-ın kəlməsi mübahisə doğurub
Tramp dünyanın Amerika barədə fikrini necə dəyişib? Rusiya vətəndaşı ilə bu görüşün dar dairədə keçirildiyi güman edilir. Nyu-York Times qəzeti bu barədə ilk dəfə şənbə günü yazıb. Həmin vaxt cənab Trump Jr və xanım Veselnitskaya görüşdüklərini, amma seçkiləri müzakirə etmədiklərini bildiriblər. Bazar günü isə Nyu-York Times qəzeti yazıb ki, Trampa Demokratların namizədi xanım Klinton barəsində önəmli informasiya vəd edildikdən sonra o, görüşə razılıq verib. Qəzet bu məlumatı Ağ Evin üç məsləhətçisi və daha iki məlumatlı şəxsdən aldığını yazır.
Görüş 9 iyul 2016-cı ildə Nyu-York şəhərindəki Tramp Qülləsində keçirilib. Cənab Tramp bazar günü verdiyi bəyanatında deyib ki, bir tanışı ondan "kampaniyaya faydalı ola biləcək məlumatı olan bir şəxslə" görüşməyi istəyib. "İclasdan əvvəl mənə onun adı deməyiblər. Mən Jared [Kushner] və Paul-dan [Manafort] görüşdə iştirak etmələrini istədim, amma onlara başqa heç nə demədim." "Xoş sözlərdən sonra qadın bildirdi ki, onda Demokratik Milli Komitəsini maliyyələşdirən və xanım Klintonu dəstəkləyən Rusiyaya bağlı olan fiziki şəxslər barədə məlumatlar var." "Onun bəyanatları dumanlı, birmənalı və önəmsiz idi. Heç bir təfərrüat və ya dəstəkləyici məlumat verilmədi. Həmin vaxt aydın oldu ki, onda heç birmənalı informasiya yoxdur," deyə o əlavə edib. Cənab Tramp bildirib ki, xanım Veselnitskaya sonradan ABŞ-da dayandırılmış Rusiyadan uşaq övladlığa götürmək barədə proqram barədə danışıb. "Onda mənə aydın oldu ki, əsl müzakirə mövzusu bu idi və onun faydalı məlumat iddiaları isə görüş üçün bəhanə idi".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?