ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə real namizədi Donald Trumpın baş müşaviri Paul Manafort "Huffington Post"a deyib ki, Trump müsəlmanların ABŞ-a səyahətinə qadağa qoyulması ilə bağlı mövqeyini tədricən yumşaldacaq.
“Onun mövqeyi bundan sonra da normadankənar olacaq, ancaq Amerika xalqının düşüncəsinə uyğun olacaq," deyə o bildirib.
Trump ötən il müsəlmanların ölkəyə girişini qadağan etməyi təklif etsə də, bu ilin mayında artıq bunun "sadəcə təklif" olduğunu deyib.
Bu, Trump-a qarşı tənqid dalğası yaradıb. Hətta öz partiyasından olan nüfuzlu siyasətçilər deyiblər ki, belə yanaşma mühacirlərin qurduğu ölkə olan ABŞ-ın əsas dəyərlərinə ziddir.
Manafort müsahibəsində həmçinin deyib ki, o, Trumpın prezident seçkilərində qalib gələcəyinə əmindir.
"Biz, yəni mənim kimi insanlar işləri korlamasa, o udacaq. Bu, çətin yarış deyil," müşavir deyib.
O əlavə edib ki, Trump öz taktikasını çox dəyişmədən udacaq.
"Trump dəyişdirilə bilməz. O "idarə oluna" bilməz," - deyə o bildirib.
"Biz ümumilikdə qadın seçicilərin sayı baxımından geri qalsaq da ağdərili qadınların arasında hətta indi belə irəlidəyik. İrəlidə biz bəzi qaradərili və Latın amerikalı qadınların da səslərini alacağıq," - Manafort deyib.
Buna da bax: Londonun müsəlman meri Trump-un təklifini rədd elədi
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?