İŞİD terror təşkilatının yeni liderinin kimliyi açıqlanıb.
Ərəb KİV-lərinin yaydığı məlumata görə, Əl-Bağdadinin öldürülməsindən sonra təşkilata Cəlaləddin Əl-Tunisi rəhbər seçilib.
Əl-Tunisi indiyədək İŞİD-in Liviyadakı qoluna rəhbərlik edib.
Qeyd edilib ki, onun əsl adı Məhəmməd Bin Salem əl-Ayundir. 1982-cü il təvəllüdlü Əl-Tunisi 90-cı illərdə Fransaya mühacirətə gedib.
Fransa vətəndaşlığı alan terrorçu 2011-ci ildə Tunisdə yaşanan “ərəb baharı” vaxtı bu ölkəyə köçüb, daha sonra Suriyaya gedərək İŞİD sıralarına qoşulub.
Qeyd edək ki, İŞİD-in sabiq lideri Abu-Bakr-əl-Bağdadi may ayının sonunda Rakkanın cənubuna rus aviasiyasının endirdiyi zərbələr nəticəsində öldürülüb.(azvision.az
Sorğu
Yeni dizaynımız necədir?