Terrorçu İŞİD qruplaşmasının Suriyadakı "paytaxt"ı sayılan Rakkada yerli əhalinin formalaşdırdığı "Əl-Ansar" adlı silahlı təşkilatla atışma nəticəsində terrorçuların başçılarından biri - tunisli Əbu Əli ət-Tunisi öldürülüb.
gundemxeber.az report-a istinadən bildirir ki, bu haqda Dəməşqdə çıxan "Əl-Vətən" qəzeti məlumat yayıb.
Məlumata görə, yerli sakinlər İŞİD-ə qarşı mübarizədə "ənsar"ı dəstəkləyir. Xəbərdə bidirilib ki, ölkənin Rmeyla, Daraiya, Firdous, Əl-Acili, və Əl Bakri şəhərlərində də İŞİD-ə qarşı "üsyan" dəstəklənir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?