GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » "RUSİYA AZƏRBAYCAN TƏZYİQLƏRƏ BAŞLAYIB"

"RUSİYA AZƏRBAYCAN TƏZYİQLƏRƏ BAŞLAYIB"

Tarix: 18-07-2017, 12:37 Bölmə :Dünya Baxış: 347
"RUSİYA AZƏRBAYCAN TƏZYİQLƏRƏ BAŞLAYIB"


Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp çox güman ki, G20 ölkələri sammitində görüşləri zamanı başqa ölkələrin daxili işlərinə qarışmağı məhdudlaşdırmağa razılaşıblar. Lakin bu razılaşma Rusiyanın xarici siyasəti ilə ziddiyət təşkil edir, çünki Rusiya Azərbaycan, Ermənistan və Gürcüstan hökumətlərinin müstəqil siyasət aparmaq imkanlarını məhdudlaşdırmağa can atır.

Bu sətirlər ABŞ Ordu Kollecinin professoru, Xarici Əlaqələr Şurasının baş elmi əməkdaşı Stiven Blankın “Newsweek” həftəliyində dərc edilmiş məqaləsindəndir.

Müəllifin yazdığına görə regiondan alınan bəzi son məlumatlara əsasən Trampın Putinlə razılaşması faydasızdır, həmin ölkələrin suverenliyi və ərazi bütövlüyünün Moskva üçün əhəmiyyəti yoxdur. “Rusiya istədiyi vaxt onların daxili işlərinə qarışa, müntəzəm olaraq hərbi qüvvələrini sağa-sola fırlada və başqa formalarda bu ölkələri təhdid edə bilər”-amerikalı analitik yazır.

Stiven Blanka görə əgər Vaşinqton, Brüssel və NATO öz rolunu gücləndirməsə bu region ya alovlanacaq, ya da tamamilə Rusiyanın hakimiyyəti altına keçəcək. “Qərb sadəcə olaraq nəzərlərini kənara çəkməklə işini bitmiş saya bilməz, Avropanın təhlükəsizliyi Cənubi Qafqazın təhlükəsizliyi ilə birbaşa bağlıdır”-müəllif vurğulayıb.

Məqalədə deyilir ki, Rusiya Tblisiyə təzyiq göstərərək ərazilərinin bir hissəsini itirməsi ilə barışmağa məcbur etmək, Gürcüstanın NATO və Avropa İttifaqı ilə inteqrasiya səylərini dayandırmaq istəyir. Stiven Blank xatırladır ki, iyulun ortalarında Rusiya hərbçiləri Cənubi Osetiya “sərhədlərini” birtərəfli olaraq 700 metrə yaxın Gürcüstanın içərilərinə doğru çəkiblər. Nəticədə Rusiya qoşunları hazırda strateji əhəmiyyətli Bakı-Tbilisi-Poti avtomobil magistralının bir kilometrliyindədir.

Müəllif xatırladır ki, Rusiya çoxdan Ermənistanın müstəqil xarici və iqtisadi siyasət yürütmək imkanlarını əlindən alıb. Rusiya Ermənistanda hərbi bazanı guya Azərbaycan və Türkiyədən qorunmaq üçün saxlayır, əslində isə hərbi baza Ermənistan üzərində Moskvanın de-fakto protektoriatını təmin edir.

“Bu yaxınlarda Rusiya Azərbaycana təzyiqləri artırıb. Rusiya sərhəd qoşunları ermənilərlə birlikdə Dağlıq Qarabağda təlim keçirib, eyni zamanda Xəzərdə Rusiya ilə İran donanmalarının birgə təlimlər başlayıb. Hansı ki, bu təlimlər Azərbaycanın energetika infrastrukturunu təhdid edir”-müəllif bildirir.

Stiven Blanka görə bu təlimlər və digər səylər Moskvanın Azərbaycanı Avrasiya İttifaqına qoşmaq üçün göstərdiyi təzyiqlərdən biridir. Ruslar istəyir ki, Azərbaycan regionda Qərbin əsas tərəfdaşı olmasın və Rusiyanın Balkanlardakı energetika rəqibinə çevrilməsin.

“Bu cür kampaniyalar xas olaraq Rusiya XİN Azərbaycanı “Rusiya vətəndaşlarının diskriminasiyasında” günahlandırıb. Habelə Rusiya məhkəməsi azərbaycanlıların əsas diaspor təşkilatını bağlayıb. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova isə Azərbaycan jurnalistlərini publik şəkildə təhqir edir”-müəllif məqaləsində göstərir.

Məqalədə vurğulanır ki, Qarabağda bu günlərdə ermənilərin açdığı atəşlə azərbaycanlı qadının və 2 yaşlı nəvəsinin həlak olması bu münaqişənin hələ qaynadığını, istənilən vaxt alovlana biləcəyini göstərir. Məsələnin daha geniş qoyuluşu isə belədir ki, münaqişə alovlansa Dağlıq Qarabağla məhdudlaşmayacaq. Bu münaqişənin Avropa, Yaxın Şərq və beynəlxalq miqyasda ciddi nəticələri olacaq.

“Yaxşı xəbər odur ki, Vaşinqtonda dəyişiklik baş verir. Obama administrasiyası mahiyyətcə Qafqaz və onun problemləri, o cümlədən Qarabağ haqda unutmuşdu. İndi isə dövlət katibi Reks Tillerson bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevlə İstanbulda görüşüb. Yeni administrasiya regionda daha fəal iştiraka can ata, Bakıya və Yerevana münaqişəni dinc yolla nizamlamaq üçün danışıqlar aparmaqda kömək edə bilər. Olduqca mühümdür ki, Tillerson, vitse-prezident Maykl Pens, prezident Tramp və onların avropalı həmkarları Bakıya, Tbilisiyə və Yerevana müntəzəm səfərlər edərək Qərbin region ölkələrinin suverenliyini, ərazi bütövlüyünü müdafiə edəcəyini, sülh prosesind fəal rol oynayacaqlarını nümayiş etdirsin”-Stiven Blank yazır.

Müəllif qeyd edir ki, doğrudur, hələ bu ölkələrin heç biri Ukraynanın gününə salınmayıb. Lakin Moskvanın Ukraynaya tətbiq etdiyi prinsiplər burada da qüvvədədir. “Rusiya prezidenti üçün onlar əsl dövlətlər deyil və təkcə o qərar verə bilər ki, həmin dövlətlər necə hərəkət etsin. Rusiyanın Cənubi Qafqazdakı bu siyasəti müharibəyə aparıb çıxara bilər, çünki bu dövlətlər öz müstəqilliklərindən imtina etməyəcəklər”-o yazır. Amerikalı analitik Qərbi ləngimədən regionda hərəkətə keçməyə çağırır./VİRTUALAZ.ORG
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinlə Trampın görüşünə bu qədər adam qatılacaq

    Putinlə Trampın görüşünə bu qədər adam qatılacaq ...

    7-07-2017, 11:01

  • 
  • "G20" sammiti başladı — Qısa xülasə

    "G20" sammiti başladı — Qısa xülasə ...

    7-07-2017, 14:54

  • 
  • Putinlə Trampın görüş vaxtı bəlli oldu

    Putinlə Trampın görüş vaxtı bəlli oldu ...

    4-07-2017, 17:39

  • 
  • Tramp: "Mən Putini sevmirəm"

    Tramp: "Mən Putini sevmirəm" ...

    6-10-2016, 11:33

  • 
  • Vladimir Putin ABŞ-ı yenə İTTİHAM etdi

    Vladimir Putin ABŞ-ı yenə İTTİHAM etdi ...

    12-06-2013, 17:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu