Bir necə milyonda bir görünən hadisə Ilk dəfə bir qadın təbii yolla 5 uşağa hamilə qalıb. 23 yaşlı Aleksandra Kinova həkimlərdən eşitdiyi bu məlumatla özü də şoka düşüb.Belə ki, qadın son zamanlara kimi əkiz uşaqlarının olacağını zənn edib. Paytaxt Praqada başqa bir həkimin nəzarətindən keçərkən isə ona 5 uşağı olacağı deyilib.
Çexiyada gənc qadın 5 uşağa hamilə olmasına və böyük qarnına baxmayaraq, çox rahat hamiləlik keçirdiyini açıqlayıb. Onun övladları isə bazar günü qeysəriyyə əməliyyatı ilə doğulacaqlar.
Mütəxəssislərin fikrincə təbii yola belə hamiləlik bir necə milyonda bir ehtimaldır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?