GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin Qəzzafinin oğluna siyasi sığınacaq verir –Sensasion gəlişmə

Putin Qəzzafinin oğluna siyasi sığınacaq verir –Sensasion gəlişmə

Tarix: 19-07-2017, 11:12 Bölmə :Dünya Baxış: 343
Putin Qəzzafinin oğluna siyasi sığınacaq verir –Sensasion gəlişmə


Rusiya prezidentinin bu təklifini Qərb mediası Liviyanın sabiq rəhbərinin qızıllarının və 200 milyard dollarının ələ keçirilməsi üçün atılacaq addım sayır; devrilmiş diktatorların varidatı uğrunda mübarizə yenidən şiddətlənir

40 incəbel qızın əhatəsində dincələn, əylənən şahlar barəsində kinofilmlərə də baxmışıq, nənələrimizin dilindən uzun nağıllar da dinləmişik. Liviyanın keçmiş prezidenti Müəmmər Qəddafi bu qədim mövzuya yeni məzmun verir 1980-ci ildə. Şərqi Almaniya kəşfiyyatı “Ştazi”nin təklifi ilə o, özünün bütün kişi cangüdənlərini qadınlarla əvəzləyir. Qadın cangüdənlərdən bircə özəl xahişi olur Qəddafinin. Bir məni qoruyun, bir də öz bəkarətinizi, qızlığınızı.

DOSYE: Qəddafinin qadın cangüdənləri. Ayrıca elit qvardiya. Ömrü: cəmi 31 il (1980-2011). Sayı: 200-400 nəfər. Belə cangüdənlərin biri - Ayşa adlı zənci qızı 1998-cı ildə öz bədəni ilə Qəddafini örtərək onu düşmən gülləsindən, labüd ölümdən qoruyub.

Müəmmər Qəddafi çox vasvası, ehtiyatlı idi - nə insanlara etibarı vardı, nə də ki, daş binalara. Səhrada doğulmuş, sonunu səhrada tapmış bu əndirəbadi dövlət başçısı özünü ancaq çadırda rahat hiss edirdi. Çadırlarda isə nağıllardan bildiyimiz kimi, 40 incəbel qızın varlığı mütləq şərtdi.


“Qəddafinin 40 incəbel cangüdəni, bahalı çadırı” mövzusu, vaxt vardı qəzet manşetlərindən düşmürdü. 2008-ci ildə Moskvaya gələn Qəddafi elə bil burda “Min bir gecə” nağıllarını səhnələşdirir. Çadırını qurur Kremldəki “Taynik” parkında. Qadın cangüdənlərinə göz vurur çadırına girib-çıxanları alt tumanına qədər yaxşıca yoxlasınlar. Bu, həddən artıq əziz, hətta doğma görünür rus jurnalistlərinə. Qəddafidən müsahibə götürmək istəyənlərin sayı ağlasığmaz dərəcə də artır.


Amma...

Amma çadırdakı ekzotika təkcə elə bu saray mənzərələri ilə kifayətlənmir. Çadırın işıqlı, şəffaf divarlarına bir an bəzi müəmmalı kölgələr qonub tez də gözdən silinir. Sonradan jurnalistlər bu kölgələrin kimliyini barədə maraqlı mülahizələr söyləyirlər. İddialara əsasən aşağıdakı məzmundaydı - “Kölgələrdən biri rus gözəli Nadya X.-a məxsusdu. O, Qəddafinin varisi Seyf əl-İslamın halalca, kəbinli arvadıdır. Nadya hətta İslamı qəbul edib. Toyundan azca əvvəl Vyanadakı bir klinikada öz bəkarətini təcili bərpa edib ki, Seyfəlin anası Səfiyə Fərkeş barəsində əyər-əskik danışmasın”.

İndi - 9 il sonra, Qəddafinin varisi Seyf əl-İslamın Rusiya ilə məxfi əlaqələri mövzusu yenidən dünya mass-mediasının manşetlərinə sıçrayıb. İtalyanın aparıcı qəzeti “Corriere della Sera” iddia edir: “Rusiya prezidenti Vladimir Putin, Suriya təcrübəsini Liviyada daha dinc şəkildə təkrarlamağa hazırdı. Ruslar, bu dəfə Seyf əl-İslamı gözaltı edib ona siyasi sığınacaq verməyə hazırdılar. Bu, şəxsən Putinin təklifidir. Seyfi təklifi qulaqardına vursa da, anası Səfiyə tam tərsinə, buna diqqətlə yanaşıb. Oğluna deyib ağlını yığ başına... Bir də kimdi sənə bu cür təklif eləyən. Danışıqlar, Seyfini qazamatda saxlayan ”Zintan briqadası" ilə Kreml arasında aparılır".
Seyf əl-İslamın bu təklifdən qaçma səbəblərini qəzet belə izah edir indi: “O, daxilən Rusiyaya etibar etmir nədənsə. Elə bilir ruslara Qəddafinin qızılları, 200 milyardlıq var-dövləti lazımdı, nəinki doğmaca oğlu. Niyə? Bu suala indi heç kim cavab verə bilməz”.

Ancaq bu sualların cavabı var. Var əlbəttə ki. Özü də bilirsizmi hardadı bu sualların cavabı? Nadya ilə Seyfinin eşq, evlilik macərasında.

GÖYÇƏK FATMANIN NAĞILI: 1 iyul 2005-ci ildə Moskvada jurnalist-teleaparıcı Ksenya Sobçak ilə həmkarı Şusteroviç çoxlarını öz toy məclisinə dəvət edirlər. Dəvətlilərin biri - Qəddafinin oğlu Seyfi, bir kənarda duraraq toydakı gözəl qızlara çox baxır, çox baxır... Axır, qərara gəlir məclisdəki dünya gözəli Nadya X. - a yaxınlaşsın. Dəbdəbəli vizit kartını, hamının gözü qarşısında Nadyaya ötürən Seyfi day məclisdə çox da yubanmır. Seyfinin ardınca gözünü döyə-döyə qalan Ksenya Sobçak dərindən bir “Ah!” çəkir bu zaman. Ərini unudub xəyallara qapılır.


BƏKARƏTİN BƏRPASI: Nadya ilə Seyfi, elə ilk telefon söhbətlərindən sonra evlənməyə qərar verirlər. Nadya X. hadisələrin gur axarını sonradan belə xatırlayacaq: “Qəddafilərin dəbdəbəli mülkləri Trablus aeroportuna yaxın yerdə yerləşirdi. Nəhəng ərazi ayrı-ayrı hissələrə bölünmüşdü. Hər ərazinin öz vəhşi heyvanı vardı. Biz tərəfdəkı dərin sükutu vaxtaşırı zəncirli bir pələngin nəriltiləri pozurdu. Qəddafinin yaşadığı hissə səhranı xatırlatdı bir an mənə. Orda sürünənlər - yəni ilan, əqrəb hər addımdaydı. Gördüm, hovuzdan dəqiqəbaşı timsahın vəhşi sifəti çıxır. İlk dəfə bax bu zaman bərk qorxub sifətimi Seyfinin qoynunda gizlətdim. O, mənə dedi ki, toy gecəsi bəkarətimi anası Səfiyə yoxlayacaq. Parisdə klinikamız var. Təcili uç Parisə. Bəkarətini bərpa et. Mən karıxdım əvvəlcə. Sonra cürətlənib dedim klinikanız elə yalnız bu sahədə ixtisaslaşıb? Seyfi güləndə gördüm Qəddafi bayaqdan bəri bir kənarda duraraq bizi müşahidə edir”.

***

Əməliyyat uğurla bitincə Nadya tezbazar, hövlnak Trablusdakı həmin mülkə qayıdır: “Həkim çoxsaylı şahidlərin hüzurunda mənim bakirəliyimi Seyfinin əvvəlcə anasına, sonra çoxsaylı xalalarına sərgilədi. Gərdəkdəykən, yadımdadı, səmaya yeddi dəfə yaylım atəşi açıb məni xeyli dərəcədə güldürdülər. Liviyadakı içki qadağasına baxmayaraq Qəddafilərin evində içki boldu. Xüsusən konyak içkiləri. Niyə? Rəngi çayı xarıtladır deyə. Süzürsən fincanına, özünü vurursan tülkülüyə, guya çay içirsən. Seyfi ilə mən möhkəmcə bu tülkülüyə yuvarlandıq. Bütün günü guya çay içib gerizəkalı, çadralı anasını aldadırdıq. Qəddafiyə gəldikdə isə onunla ilk dəfə səhrada görüşdüm. O, mənim əlimi tutub xeyli ovcunda saxladı. Ərəbcə uzun bir nitq söylədi üzümə”.

KİÇİK HAŞİYƏ: Qəddafinin uzunçuluğu, uzun nitqləri məşhurdu. Bir dəfə - 2009-cu ildə BMT-nin 64-cü sessiyası zamanı 15 dəqiqə əvəzinə düz saat yarım danışıb o. Nəticədə sinxron tərcüməçi huşunu itirib.

***
AYIN GÖRÜNMƏYƏN TƏRƏFİ: Ancaq mən, oxucularımdan xahiş edərdim aldanmasınlar bu şirin xatirələrə. Elə bilməsinlər bütün bunlar təkcə elə kor bir təsadüf, başgicəlləndirici eşq macərasıdır. O vaxtlar Qərb sanksiyaları məngənəsində çapalayan Liviya uzaq Rusiya ilə tam müstəqil, hüquq normaları çərçivəsində leqal əlaqələrə möhtacdı. Qəddafilərin hədəfi gizli idi - Rusiyaya pul, qızıl daşımaq. Rusiya, Ukrayna, Qazaxıstanda nəhəng əkin sahələri satın almaq və s.

Demək istəyirəm, Nadyanı Liviyaya, Qəddafilərin evinə sənədlərdə, göstərildiyi kimi, təkcə elə rus borşu bişirməyə xatir dəvət etməmişdilər. Nadya öz xatirələrində belə gizlinlərə astaca işarə vurub. Deyib: “Məxfi əməliyyatlar, pul transferləri alınmayanda Qəddafilər öz acıqlarını adətən həyətlərindəki heyvanlardan, ilk növbədə eşikdə asudə gəzişən pələnglərdən alırdılar. Bircə sərrast gülləylə öldürürdülər bu heyvanları. Əvvəlcə mən buna etiraz edirdim. Sonra öyrəşdim. İnanın, mən bu ailədə çox vəhşi heyvanın acınacaqlı sonunu görüb sual verdim axır özümə - məni bəs necə, belə sonluq gözləmirmi?”
***

Qəddafilərin hər ikisi - Müəmmər də, Seyfi də eyni taktika ilə hərəkət edirmişlər MDB məkanında. Üzdə guya gözəllik yarışması keçirirdilər Ukraynada. Guya ailə qururdular, yuxarıda göstərdiyimiz kimi, bir rus gözəli ilə. Gizlində isə mal-dövlət yatırırdılar ucsuz-bucaqsız MDB, Rusiya ənginliklərində. Qızıllarını gizlədirdilər yerli bankların dəmir seyflərində. Deyilənə görə, təkcə Ukraynada aldığı qara torpaq sahələrinə Qəddafilər 3 milyard dollar pul xərcləyiblər.


QƏDDAFİLƏRİN VAR-DÖVLƏTİ: Sabiq Liviya Milli Bankının sədri Qasim Əzizin sözlərinə görə, Müəmmər Qəddafi, oğlu Seyfi dünyanın ən varlı, pullu milyarderlərindən dəfələrlə çox varlı olublar. Pulu hardasa 200 milyarddan çox olub.
Liviyanın əsas qızıl ehtiyatı, 857 daşınmaz əmlakı müxtəlif xarici ölkə ərazilərində, o cümlədən Rusiyada idi. Britaniya qəzeti “Daily Mail” təkid edir: “2013-cü ilin 1 fevralınadək Qəddafinin 200 milyard dollar pulundan cəmi 97 milyardın dəqiq ünvanını, yerini müəyyən etmək mümkün oldu”.
Misir finansisti Bəşir əl-Hüseyn mövzunu davam etdirir: “2011-ci ilin aprelinədək Qəddafinin Trablusdakı iqamətgahının təkcə elə zirzəmilərində 143, 8 ton xalis qızıl külçələr gizlədilmişdi. Bu ehtiyatdan iki dəfə çox qızıl Liviya Mərkəzi Bankının polad seyflərində qorunurdu. Qəddafinin, Seyfinin ixtiyarında həm də qızıl yüklü avtomobil karvanları da varmış. Qəddafinin ana hədəfi maliyyə dövriyyəsinə qızıl dinar çıxarmaq idi. 2011-ci ilin mayında qızıl dolu iki avtomobil karvanı Nigeriya muzdlusu Aqali Alombonun müşayiəti ilə Liviya səhrasına çıxır və saman tayasında itmiş iynəyə dönür orda”.

AFRİKA “KRALI”: 2010-cu ilin avqustunda kosmik fəzaya ilk Afrika süni peykini göndərməklə Qəddafi bu qitəni Qərbin informatik asılılığından qurtarmağı bacarır. Nəticədə “Afrika kralı” adına layiq görülür.

O, həm də Liviya ərazisi altında nəhəng içməli su hövzəsini aşkarlamışdı. Bu suyu çıxarıb bütün qitənin kənd təsərrüfatını dirçəltmək istəyirdi. Əməli çox işlər görmüşdü bu sahədə - karxanalar tikib, boru xətləri salmışdı. Qalırdı bircə...

***

ORTADAKI SATQIN: Qəddafinin kürəyinə arxadan ilk zərbəni bilirsizmi kim vurur? Deyim də kim - Məhəmməd Layes. Bu “Liviya xarici İnvestiyalar Fondu” rəhbəri əvvəlcə külli miqdarda məbləğləri ABŞ banklarının depozit hesablarına yatırdır gizlincə. Sonra Avropa banklarına 45 milyard dollar pul qoyur. İki ay sonra bəlli olur ki, bu məbləğlər dondurulub.
“WikiLeaks” saytında bu barədə bir çox məxfi sənədlər mövcuddu. Maraqlansanız, ünvanı dəqiq göstərərəm sizə.

Qəddafi bu pulları xarici banklara deyil, bütün Afrika ac-yalavaclarına, öz vətəndaşlarına paylamaq istəyirdi. Deyirdi bu pul xalqındı, xalqa da çatmalıdı. Lakin Qəddafinin bu mövqeyi Məhəmməd Layes kimi yerli məmurlar arasında nigarançılıq hissi doğurur. Axır bu, Qəddafiyə xəyanətlə nəticələnir.
O ki qaldı Qəddafinin Trablusdakı iqamətgahında qorunan 143, 8 ton qızıla... Nadya X. öz əri Seyfi ilə məhz bu ünvanda yaşayıb bir müddət. Görünür, burdakı çox gizli mətləblərə agah olub.

Qəddafinin ruslara borcu çox saylı sıfırlarla işarələnsə də, pulu geri qaytarmağa tələsmirdi. Elə hey yubadırdı. Livanın məşhur “əl-Mənar” telekanalı məsləhətçisi Ömər əl Məhdi deyir ki, Liviya qazamatlarının birində iki rus vətəndaşı indiyədək həbsdədir. Hər ikisi Qəddafi ilə sıx əməkdaşlıqda ittiham edilir.

Deyilənə görə, ipucları məhz bu şəxslərin bank hesablarındadır.




Rəsmi Kreml əvvəllər bu barədə ağzına su almışdısa, indi belə deyil. İndi Kreml, şəxsən Putin özü Liviya hadisələrinə, düzünü desək, “Liviya qızılı” mövzusuna qarışmaq istəyir.
Bizi izləyin. Yaxında bu mövzu ətrafında əməlli-başlı hay-küy qalxacaq.

***
Deyilənə görə, Qəddafi içdiyi çayı kimsəyə etibar etməz, həmişə elə özü dəmləyərmiş. Heyif o, bu ehtiyatlılığını başqa sahələrdə təkrarlamadı. Qəddafinin məşhur çadırını görmək isə artıq kimsəyə müyəssər olmayacaq. 23 avqust 2011-ci ildə, ölümündən düz iki ay əvvəl düşmənləri bu çadırı Trablusdakı “Bab əl-Əziziyə” sarayında qənimət kimi ələ keçirib sonra telekameralar önündə yandırıblar.

Qəddafinin cansız bədəni düz on gün nəhəng soyuduca asılaraq ətrafdakılara nümayiş etdirilib. Onun zamanında Liviyada adambaşına düşən illik gəlir 14 min 192 dollar idi. Saxta dərmanlara görə isə müqəssirlər güllələnməyə məhkum edilirdilər.
İndi bütün bunlar əfsanəyə bənzəyir.

Qəddafinin çox acınacaqlı sonu oldu. Demək, əcəl gələndə, adamı ölümdən heç qadın cangüdənləri də qurtara bilməz.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qəddafinin oğluna işgəncə verildi - KAMERA GÖRÜNTÜLƏRİ

    Qəddafinin oğluna işgəncə verildi - KAMERA ...

    5-08-2015, 00:43

  • 
  • Qəddafinin tarixi çıxışı - 'Səddamdan sonra Amerika bizi asacaq' - Video

    Qəddafinin tarixi çıxışı - 'Səddamdan sonra ...

    27-07-2016, 12:20

  • 
  • Şok iddia: "Müəmmər Qəzzafi ölməyib!" – (Video)

    Şok iddia: "Müəmmər Qəzzafi ölməyib!" – ...

    22-10-2013, 14:30

  • 
  • Qəddafinin milyonlar xərclədiyi Hollivud ulduzları

    Qəddafinin milyonlar xərclədiyi Hollivud ulduzları ...

    11-01-2017, 01:01

  • 
  • Ərdoğanı Bəşər Əsəd və Qəddafinin aqibəti gözləyir

    Ərdoğanı Bəşər Əsəd və Qəddafinin aqibəti gözləyir ...

    12-06-2013, 12:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu