Misir və İran mediası Liviyanın mərhum lideri, üsyançılar tərəfindən əsir alınaraq xüsusi vəhşiliklə qətlə yetirilmiş Müəmmər Qəzzafinin ölmədiyini, gizlin şəkildə yaşadığını bildirib.
O da vurğulanır ki, iki il əvvəl Qəzzafinin qətlə yetirildiyi anların əks olunduğu videodakı mənzərələr də xüsusi hazırlanmış ssenari, qurama imiş.
"Risalət" bildirir ki, Müəmmər Qəzzafi hazırda Liviya ilə qonşu ölkələrdən birindədir.
Milli.Az isə Misirdəki "Əl Məsri əl Yəum" qəzetində yer almış xəbərə xəbərə istinadən qeyd edir ki, müstəqil reportyor Əsab Əmbiya əbu Ğəyla Liviyanı 42 il ərzində idarə etmiş Müəmmər Qəzzafinin yaşadığını israrla bildirir.
"Qəzzafinin son anlarının əks olunduğu və yüz milyonlarla insanın baxdığı o məşhur video da saxtadır, quramadır. Həmin hücumda Müəmmər Qəzzafi sol ayağını itirdi. O, çox gizli şəkildə Liviyanın qonşuluğundakı ölkələrdən birinə aparıldı. İndi Qəzzafi həmin ölkədə yaşayır", - Əsab Əmbiya əbu Ğəyla söyləyib.
M.Qəzzafinin dul xanımı Safiyə Qəzzafi isə "Russia Today"a verdiyi açıqlamasında əri və oğlu Mütəssimin nəşlərinin tapılmasını tələb edib: "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Avropa Birliyi ərimlə oğlumun dəfn olunduğu yeri açıqlasınlar. Afrika Birliyinə üzv olan ölkələr isə Müəmmər Qəzzafi və mühafizəçilərinin qətlə yetirilmələri ilə bağlı araşdırmalara başlamalıdırlar".
Müəmmər Qəzzafinin oğlu, 41 yaşlı Seyfülislam hazırda Liviyadadır və o, mühakimə olunur. Haaqadakı İnsan Haqları məhkəməsi onu tələb edir.
M.Qəzzafinin 5-ci oğlu Mötəsim Qəzzafi atası ilə birlikdə qətlə yetirilib.
M.Qəzzafinin 3-cü oğlu Səadi Qəzzafi hazırla Nigerdədir.
M.Qəzzafinin xanımı, 61 yaşlı Safiyə və onun 38 yaşlı oğlu Hannibal Əlcəzairdədirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?