Başda Səudiyyə Ərəbistanı olmaqla, Qətərə qarşı sanksiyalar tətbiq etmiş dörd ölkə iyun ayında Qətərə ultimatum şəklində göndərdikləri tələblərinin artıq yerinə yertirilməsində israr etmirlər.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir diplomatları Birləşmiş Millətlər Təşkilatındakı (BMT) jurnalistlərə bildiriblər ki, onlar sadəcə 6 ümumi prinsip üzrə Qətərdən razılıq almaqla kifayətlənəcəklər. Yeni siyahıda yerləşən prinsiplər arasına terrorçuluq və ekstremizmə qarşı mübarizə aparmaq, təhrik və təxribatçı hərəkətlərdən çəkinmək də daxildir. Qətər terrorçulara dəstək etməsinə dair iddiaları təkzib edir, lakin hələ ki, Körfəz ölkələrinin yeni mövqeyinə öz münasibətini bildirməyib. Qətər, suverenliyinə təhdid edən və beynəlxalq qanuna zidd olan hər bir tələbi yerinə yetirməkdən imtina edir. Qətər həmçinin qonşuları tərəfindən ona qarşı tətbiq olunan blokadanı tənqid edib. 6 həftəlik blokada təbii qazla zəngin olan 2,7 milyonluq Qətəri lazım olan ərzaq və digər malları hava ilə Türkiyə və İran kimi ölkələrdən gətirməyə məcbur edib. Çərşənbə axşamı BMT-də çıxış edən dörd ərəb ölkələrinin diplomatları Qətərlə mübahisəni sülh yolu ilə həll etmək istədiklərini bildiriblər və təklif etdikləri 6 ümumi prinsipi iyulun 5-də Qahirədə dördlüyün xarici işlər nazirlərinin görüşü zamanı razılaşdırıblar. Bundan əvvəl, ilkin tələb siyahısında dördlük Qətərdən Al-Jazeera xəbər şəbəkəsini və Türkiyənin ölkədəki hərbi bazasının bağlanılması daxil olmaqla 13 tələb irəli sürmüşdülər. Qətər bu tələbləri rəsmi məktubla rədd etmişdi./bbc.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?