Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı istefaya göndərilib.
Gündəm Xəbər Strateq.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili bu gün keçirdiyi birifinqdə bəyan edib. Nazir deyib ki, istintaq bitənə qədər sərhəd polisinin rəhbəri və Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyat departamentinin başçısı öz vəzifələrini tərk edib. “Biz öz əməkdaşlarımızın günahsız olmasına əminik. Bu addım isə məsələ ətrafında əsassız müzakirələrin qarşısını almaq üçün atılmış mühüm addımdır”-deyə nazir bildirib.
Sorğu
Yeni dizaynımız necədir?