Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bu gün Fars körfəzinin üç ölkəsinə - Səudiyyə Ərəbistanı, Qətər və Küveytə turnesi başlayır.
Ərdoğanın ikigünlük səfərinin əsas məqsədi Qətər ətrafındakı böhranla əlaqəli ölkələr arasında dialoqu bərpa etməkdir.
Türkiyə prezidenti səfərlə bağlı Atatürk hava limanında keçirdiyi mətbuat konfransında deyib: “Körfəzdə böhranın bundan sonra da davam etməsinin heç bir mənası yoxdur. İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri kimi böhranın aradan qaldırılması üçün səy göstəririk”.
R.T.Ərdoğan vurğulayıb ki, ilk öncə Səudiyyə Ərəbistanına səfər edəcək: “Səudiyyə Ərəbistanına Körfəzdə böyük qardaş kimi böyük missiya düşür. Bu səfər zamanı qardaşım kral Salman bin Abdel Əziz Əl Səudla, vəlihəd və müdafiə naziri ilə bir araya gələcəm. Daha sonra Küveytə səfər edərək əmir şeyx Sabah Əl Əhməd Əl Cabir Əs-Sabah, iyulun 24-də isə Qətərə səfər edərək əmir şeyx Tamim bin Həməd Əl Tani ilə danışıqlar aparacam. Qətər böhranın ilk günlərindən səbrli, rasional davranıb. Səfərimizin başda Qətər böhranı olmaqla, bölgəmiz üçün xeyirli olmasını arzu edirəm”./APA
Sorğu
Yeni dizaynımız necədir?