Avropa Birliyi özünün şantaj edilməsinə icazə verməyəcək.
Bu sözləri Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib.
“Türkiyə sərhədi açsa belə Avropaya 2 il əvvəl olduğu kimi axın olmayacaq. Suriyada müharibə başladığından Türkiyəyə 3,5 milyon insan gəlib”, - o, bildirib.
Qeyd edək ki, AB indiyə qədər Türkiyə ilə imzaladığı miqrantlarla bağlı razılaşmanı tam yerinə yetirməyib. Rəsmi Ankara AB-nin bu şərtləri yerinə yetirməyəcəyi təqdirdə miqrantların üzünə Avropaya gedən sərhədləri açacağını bildirib./Axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?