“Taliban” hərəkatının döyüşçüləri bu gün səhər Əfqanıstanın paytaxtında baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüblər.
Məlumata əsasən, kamikadze İcra hakimiyyətinin müavini Məhəmməd Mohakikanın evinin yaxınlığında avtomobildə partlayıcı qurğunu işə salıb.
Partlayış nəticəsində 24 nəfər ölüb, 42 nəfər xəsarət alıb.
08:38 Əfqanıstanın paytaxtı Kabildə Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.
GündəmXəbər APA-ya istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat verib.
Terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.
Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?