GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Sərkisyanın Moskvaya qarşı demarşı-könlü yenə xalat istəyir...

Sərkisyanın Moskvaya qarşı demarşı-könlü yenə xalat istəyir...

Tarix: 26-07-2017, 10:26 Bölmə :Dünya Baxış: 387
Sərkisyanın Moskvaya qarşı demarşı-könlü yenə xalat istəyir...


Politoloq: “Sərkisyanla Rusiyanın siyasi rəhbərliyi arasında ciddi narazılıqlar mövcuddur”

Son zamanlar Rusiyanın maşası olan Ermənistan Qərbə, NATO-ya yönəlmiş siyasət aparır. İrəvanın siyasi dairələri, NATO rəsmiləri hətta Ermənistanın Alyansa üzvlüyü imkanları haqda danışmağa başlayıblar. Həmçinin onu da qeyd edək ki, Ermənistan son vaxtlar aktiv şəkildə NATO-nun hərbi təlimlərinə də qatılır və yaxın gələcəkdə də bu kimi tədbirlərin iştirakçısı olacağı açıqlanıb. Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Rusiya qazından imtina etmək istəyirdi və ölkədə mitinqlər keçirilirdi. Belə bir ərəfədə Moskvada bir erməni sürücü rusları qəzaya uğratdı, nəticədə isə bir neçə nəfər dünyasını dəyişdi. Həmin ermənini məhkəməyə qadın xalatında gətirdilər ki, bu da Ermənistanda daha ciddi narazılığa səbəb oldu.

Ekspertlər bildirirlər ki, bununla Rusiya ermənilərə mesaj vermişdi ki, əgər bizə qarşı çıxarsanız, sizə xalat geyindirərik. Son aylar yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanın prezidenti Serj Sərkisyan apardığı qərbyönümlü siyasəti ilə Rusiyaya qarşı çıxır. Sərkisyanın könlü xalatmı istəyir?

Politoloq Qabil Hüseynli bildirdi ki, kiçik dövlət olsa da bütün dövlətlərin NATO-ya daxil olması bu qurum üçün əhəmiyyətlidir: “Ermənistanın isə NATO arzusunun real olduğuna o qədər də inanmıram. Rusiya NATO-nun genişlənməsinin, onun sıralarına yeni dövlətlərin qəbul edilməsinin qəti şəkildə əleyhinədir. Biz görürük ki, Ermənistanın NATO-ya meyllənməsi daha çox Rusiyaya acıq vermək məqsədindən irəli gəlir. Ermənistan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulsa da sona qədər orada nəzərdə tutulan müddəaları yerinə yetirmədi və əlaqələri qısa müddətdə dayandırdı. Azərbaycan isə bu proqram üzrə NATO ilə əməkdaşlığı başladı və nəzərdə tutulan müddəaları da sona qədər həyata keçirdi. Məsələn, ordunun daxili intizam qaydalarında NATO standartları tətbiq olundu. Ona görə də Azərbaycan daha sonra NATO ilə ikili müqavilə də imzaladı. Burada Azərbaycan öhdəliklərdən yalnız onun üçün əhəmiyyətli ola biləcəklərini qəbul etdi. Bu gün də həmin xətt davam etdirilir”.

Politoloqun sözlərinə görə, Ermənistanın NATO ilə belə bir ikili əməkdaşlıq xətti mövcud deyil: “İndiyə qədər Ermənistan NATO ilə bağlı məsələlərdə fəal və birmənalı mövqe də nümayiş etdirməyib. Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulan ölkələrdən birincisidir. KTMT-nin hava hücumundan müdafiə sistemləri birinci Ermənistanda qurulmağa başladı. Bu gün Ermənistanın sərhədlərini də Rusiyanın sərhəd qoşunları qoruyur. Ermənistan çox cidd-cəhdlə Azərbaycanın hərbi qüdrətinin artmasından vahiməyə düşərək, Rusiya ilə hərbi qüvvələrin birləşdirilməsi haqqında razılıq əldə etməyə çalışırdı. Sonda isə bunu əldə etdi. Hərbi-siyasi və iqtisadi baxımdan Ermənistan o qədər Rusiyanın nəzarətinə keçib ki, artıq müstəqilliyinin bir çox elementlərini də ruslara güzəştə gedib. Ermənistanı diqqətlə izləyən politoloqlar bəzən buna görə bildirirlər ki, Ermənistan Rusiyanın quberniyasıdır və burada verilən siyasi qərar Kremldən gələn göstərişlər əsasında formalaşır. Belə olan halda Ermənistanın NATO istiqamətində göstərdiyi cürət kifayət qədər təəccüb doğurur. Son seçkilərdə Rusiyanın siyasi dəstəyi olmasaydı, müxalifətin birləşmiş qanadı Sərkisyanı hakimiyyətdən devirəcəkdi. Lakin Rusiyanın dəstəyi buna imkan vermədi, ölkəni parlamentli respublikaya çevirdilər. Bütün bu sadalanan faktların kölgəsində Ermənistanın NATO-ya daxil olmaq uğrunda cəhdlər etməsi kifayət qədər ötəri görünür”.

Politoloq onu da qeyd edib ki, KTMT üzvü olan Ermənistan əslində NATO-nun nizamnaməsinə görə, bura üzv olmağa müraciət etməməlidir: “Hətta onların NATO ilə hər hansı bir təlimlərə qoşulma səlahiyyəti də yoxdur. Çünki artıq bu quruma zidd olan hərbi-siyasi təşkilatın üzvüdür. Özü də bu təşkilatda çox canfəşanlıq edirlər və elə ona görə də KTMT-nin akademiyası İrəvanda yaradılıb. Belə bir şəraitdə görünür ki, yenidən prezident seçilib və ölkə konstitusiyasını dəyişən Sərkisyanla Rusiyanın siyasi rəhbərliyi arasında ciddi narazılıqlar mövcuddur. Bu narazılığın biri Ermənistanda rus dilinin ikinci dövlət dili kimi qəbul edilməsinə Ermənistanın şiddətli müqavimət göstərməsi ilə bağlıdır. Üstəlik də, belə bir məsələ də ortaya atıldı ki, Ermənistan hələ bir müddət əvvəl də Avropa Birliyinə müraciət edib, ikili müqavilə imzalayaraq iqtisadi əlaqələri canlandırmaq istəyib. Bunun üstü açılandan sonra Sərkisyan və onun komandası haqqında Rusiyanın təsəvvürləri mənfiyə doğru dəyişdi. Bu fonda erməni lobbisi tərəfindən Rusiya-Azərbaycan münasibətlərinin korlanması haqqında da aktiv iş aparılırdı. Onlar xüsusi əməliyyatları həyata keçiriblər. Moskvadakı Azərbaycan diaspora təşkilatının bağlanması, Zaxarovanın məlum bəyanatları buna misaldır. Azərbaycan isə bunlar barəsində Rusiyaya məlumatlar göndərirdi. Putinin özü də görünür bunlar barədə düşünməyə başladı. Soçi görüşündən sonra verilən məlumatlarda qeyd edildiyi kimi, bir çox məsələlər, o cümlədən Azərbaycanla Rusiya arasındakı strateji tərəfdaşlıq proqramının daha da genişləndirilməsi qeyd edildi. Prezidentlərin görüşü çox şeyə aydınlıq gətirdi. Bundan sonra münasibətlərin daha da inkişaf etməsinin əsas konturları müəyyənləşdi. Erməni avantürası indi də NATO ilə bağlı məsələlərdə özünü göstərməyə başlayıb. Məqsəd isə Rusiyaya acıq vermək, onun Azərbaycanla olan münasibətlərini korlamaqdır”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya NATO təlimlərinə pis baxır

    Rusiya NATO təlimlərinə pis baxır ...

    7-06-2016, 23:42

  • 
  • Rusiyanın kürəyindən saplanan xəncər: Ermənistan üzünü NATO-ya çevirir

    Rusiyanın kürəyindən saplanan xəncər: Ermənistan ...

    25-07-2017, 12:58

  • 
  • NATO-nun baş katibindən Rusiya ilə bağlı açıqlama

    NATO-nun baş katibindən Rusiya ilə bağlı açıqlama ...

    16-08-2014, 13:06

  • 
  • ABŞ-dan Rusiyaya daha bir zərbə – Monteneqro NATO-ya üzv olur

    ABŞ-dan Rusiyaya daha bir zərbə – Monteneqro ...

    29-03-2017, 14:20

  • 
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (153)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu