ABŞ prezidenti Donald Tramp ikinci rüb üçün 100 min dollar məbləğində maaşını Təhsil nazirliyinin hesabına köçürüb.
Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib. Apreldə D.Tramp birinci rüb üzrə məvacibini Milli Park Xidmətinin hesabına köçürmüşdü. Həmin vəsait ABŞ-da 1861-1865-ci illərdə vətəndaş müharibəsinə aid abidənin bərpasına sərf edilib. /APA
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?