ABŞ prezidenti Donald Tramp Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilərin saxtalaşdırıldığını bəyan edib.
“RİA Novosti”-nin verdiyi məlumata görə, şənbə günü ABŞ-da Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilərdə sabiq əmək naziri Tom Peres 245 səs, onun ən yaxın rəqibi, Nümayəndələr Palatasının Minnesota ştatından olan üzvü Kita Ellison 200 səs qazanıb.
D. Tramp isə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilər tamamilə saxtalaşdırılıb: “Demokrat Partiyanın Milli Komitəsinin əvvəlki sədri Sanders Berni kimi Tom Peresin də sədr seçilmək şansı olmayıb. Hillari Klinton bu posta Peresin seçilməsini tələb edib”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?