Eks-prezident Barak Obamanın "Obamacare" adlı qanununun böyük bir hissəsini ləğv etməyi nəzərdə tutan yeni səhiyyə qanunu Senatdan keçməyib. 51 nəfər əleyhinə, 49 nəfər isə lehinə səs verib.
Səsvermə gecə saatlarında keçirilib. Səsvermədə 51 senator yeni qanun layihəsinin əleyhinə səs verib. 49 senator isə "Obamacare"nin ləğv edilməsinin lehinə səs verib. ABŞ Senatında 52 respublikaçı senator olsa da, Con Makkeyn, Syuzan Kollins və Lisa Murkovski daha əvvəlcədən "Obamacare"nin lehinə səs verəcəklərini bildirmişdilər./ölkə.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?