Pakistanın Ali Məhkəməsi korrupsiya ittihamlarının istintaqı çərçivəsində Baş Nazir Nəvaz Şərifi vəzifəsindən uzaqlaşdırıb.
Qərar, 2015-ci ildə Panama Sənədlərində cənab Şərifin uşaqlarının adı ilə bağlı ofşor şirkətlərin olması iddialarından sonra Baş nazirin ailə varlığı barədə başladılan təhqiqatın nəticələrinə əsasən verilib.
Bu hadisələrin fonunda paytaxt İslamabadda təhlükəsizlik tədbirləri gücləndirilib. Cənab Şərif bundan əvvəl ittihamları təkzib edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?