İngiltərədə, Briminghem şəhərində 15 yaşlı qıza qarşı iyrənc olay eşidənləri dəhşətə gətirib.
15 yaşlı Vitton qatar stansiyasına gəldiyi zaman bir nəfər onu zorla qaçırıb, heç kimin olmadığı bir yerə apardıqdan sonra zorlayıb.
Təcavüzdən sonra qatar stansiyasından qaçaraq uzaqlaşan qız yolda kömək üçün bir avtomobili saxlatdırmaq məcburiyyətində qalıb. Sürücü qızı avtomobilinə mindirdikdən sonra onu zorlayıb. Vitton eyni gündə iki fərqli adamın təcavüzünə məruz qaldıqdan sonra polislər hər iki təcavüzkarın tutulması üçün axtarışa başlayıb. Şahidlərin ifadələrini alan polis hər iki şübhəlinin təxminən 20 yaşlı və asiyalı olduqlarını müəyyən edib.
Polis məmuru Tony Fitzpatrik qızın başına gələn hadisənin qorxunc bir şey olduğunu söyləyib və təcavüzkarların tutulması üçün xüsusi və təcrübəli təhlükəsizlik əməkdaşlarının axtarışa cəlb olunduğunu sözlərinə əlavə edib./big.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?