İran İslam Şura Məclisinin (parlament) Milli təhlükəsizlik komissiyası ABŞ-ın İrana qarşı yeni sanksiyaları ilə mübarizəyə dair qanun layihəsini qəbul edib.
Gündəm Xəbər APA-ya istinadən xəbər verir ki, komissiyanın sözçüsü Hüseyin Nakavi xarici işlər nazirinin müavinləri Abbas Əraqçı və Hasan Kaşkavi ilə fövqəladə toplantı keçirdiklərini bildirib. Toplantıda ABŞ Konqresinin iyulun 27-də qəbul etdiyi sanksiya qərarı və İranın atacağı cavab addımları barədə müzakirə aparılıb. Müzakirələrdən sonra Milli təhlükəsizlik komissiyası ABŞ-ın sanksiyaları ilə mübarizəni nəzərdə tutan qanun layihəsini qəbul edib. Xarici işlər nazirinin müavini Abbas Əraqçı "Fars" agentliyinə açıqlamasında bildirib ki, ABŞ İrana qarşı yeni sanksiya qərarı ilə Tehranla "Altılığ"-ın arasında əldə edilən nüvə razılaşmasının 26, 28 və 29-cu maddələrini pozub. A. Əraqçı İranın ABŞ-a mütləq cavab verəcəyini bəyan edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?