Hakimiyyət ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinə adekvat cavab verməyə hazırlaşır. Belə ki, Komissiyaya sədrlik edən Kris Smitin Azərbaycana qarşı sanksiya tətbiq etmək haqda təşəbbüsü hakimiyyət dairələrində ciddi müzakirələrə səbəb olub. Daxil olan məlumata əsasən, Azərbaycan tərəfi sanksiyalara sanksiya ilə cavab vermək niyyətindədir. Qeyd edək ki, 16 dekabrda ABŞ Konqresinin Helsinki Komissiyası keçirdiyi dinləmədə ABŞ-ın Azərbaycanda maraqlarının olmasına baxmayaraq, ölkəmizdə insan haqları sahəsindəki pozuntuların iki ölkə arasındakı əməkdaşlığa mane olduğu vurğulanıb. Bu səbəblə də Kris Smit “Azərbaycan Demokratiya Aktı” adlı sanksiyalar qanunu layihəsi hazırlayıb. O, bu aktı yaxın zamanlarda Konqresə müzakirə və təsdiq üçün təqdim edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?