Avstraliyanın terrorla mübarizə polisi sərnişin təyyarəsini partlatmaq planının qarşısnı alıb, Baş nazir Malcolm Tarnbull deyib.
O, bu məlumatı Sydney şəhəri boyu keçirilən reydlərdə dörd nəfərin həbsindən sonra açıqlayıb. Təhqiqatçılar reydlərdə partladıcı qurğu yaratmaq üçün istifadəsi mümkün olan materialların ələ keçirildiyini bildiriblər. Cənab Tarnbull reydlərin "terrorla birgə mühüm mübarizə əməliyyatı" olduğunu deyib. Baş nazir yerli və beynəlxalq aeroportlarda təhlükəsizlik tədbirlərinin möhkəmləndirildiyini bildirib.
Avstraliya Federal Polis Komissarı Andrey Colvin saxlanılan dörd kişinin cihadçı qruplardan ilhamlanan terror aktı ilə əlaqələri olduğunun iddia edildiyini bildirib. "Son günlər ərzində Sydney-də bəzi şəxslərin partlayıcı qurğu ilə terror aktı həyata keçirməyi planlaşdırdığını iddia edən məlumat hüquq-mühafizə orqanlarına daxil olub", o, mətbuat konfrasında deyib. Cənab Colvin "hücumun özü, yeri, günü və vaxtı" barədə polisin hələ məlumatı olmadığını deyərək, istintaqın "uzun müddət" çəkəcəyini vurğulayıb. Reydlərin keçirildiyi rayonların birindən əri və oğlunun saxlandığını ABC telekanallarına bildirən bir qadın ailəsinin terrorla heç bir əlaqəsi olmadığını deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?