Saxlanılan terrorçulardan digərləri Rusiya və Orta Asiya ölkələrinin vətəndaşlarıdır.
Rusiyanın paytaxtı Moskvada mayın 9-da terror aktı törətmək istəyən bir qrup terrorçu ilə bağlı bəzi təfərrüatlar məlum olub. gundemxeber.az-ın Ans press-ə istinadən verdiyi məlumata görə, Rusiya mətbuatı yazır ki, Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanılan 12 terrorçudan biri Azərbaycandan Rusiyaya keçib. Məlumata görə, həmin azərbaycanlının ifadəsi alınıb. O, Moskvaya iş tapmaq üçün gəldiyini bildirib. Onun sözlərinə görə, həyat yoldaşı və uşaqları Azərbaycanda qalıb.
"Moskvada da iş tapa bilmədim. Bu vaxt İŞİD terrorçuları sosial şəbəkədə onunla əlaqə yarada biliblər. Bir müddətdən sonra isə terrorçular ona Moskvada terror aktları törətməyin müqabilində yaxşı pul təklif ediblər.”, - adı açıqlanmayan azərbaycanlı bildirib.
Mayın 4-də FTX Moskvada terrorçulara qarşı xüsusi əməliyyat keçirib. Nəticədə Moskvada "9 May” bayramı günü silsilə terror aktları törətmək istəyən bir qrup şəxs tutulub.
Məlumatlara görə, saxlanılan terrorçuların bir qismi Rusiya və Orta Asiya ölkələrinin vətəndaşlarıdır. Rusiya mətbuatında diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, saxlanılan digər terrorçular barədə ətraflı məlumat verilmir. Lakin azərbaycanlı olduğu iddia edilən terrorçu haqqında təfərrüatları dərc edirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?