ABŞ ordusu iyulun 11-də hava zərbələri nəticəsində daha 4 İŞİD liderinin öldürüldüyünü təsdiq edib.
Əfqanıstanın şimal-şərqində həyata keçirlən əməliyyat zamanı terrorçu qrupun əsas lideri də öldürülüb. Dron hücumları nəticəsində Kunar vilayətində İŞİD-in əmiri Əbu Sayed aradan götürülüb. Ordunun bəyanatında İslam Dövlətinin öldürülən 4 müşaviri - Şeyx Zeyillah, Mülavi Hübeyb, Hacı Şirullah və Əsadullahın adları sadalanıb. Nanqaharla sərhəd Kunar və digər rayonlar İŞİD-in istehkamlarına çevrilib. Əfqanıstanın təhlükəsizlik qüvvələri ABŞ-ın havadan yardımı ilə bu vilayətdə İŞİD-in bazalarının məhvi üçün genişmiqyaslı əməliyyatlar həyata keçirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?