Enerji sahəsində əməkdaşlıq Ermənistan-İran münasibətlərində mühüm əhəmiyyətə malik sahələrdəndir. Bunu Ermənistan prezidenti Serj Sarkisyan İranın “Şərq” qəzetinə müsahibəsində bildirib.
Sarkisyan qeyd edir ki, artıq 10 ilə yaxındır ki, İran Ermənistana qaz, Ermənistan isə qarşı tərəfə bunun qarşılığında enerji verir: “Hər iki tərəfə sərfəli olan bu prosesdə Ermənistandan İrana olan enerji verilişinin üçüncü xəttinin də tikilməsi olduqca önəmlidir. Bu tərəflər arasında mübadilənin artmasına öz töhfəsini verəcək”.
İran qazının Avropaya tranzitindən danışan, Ermənistan prezidenti vurğulayıb ki, bu cür genişmiqyaslı layihə hərtərəfli öyrənilməlidir: “Əgər bu bütün tərəflər üçün sərfəli olsa, onda niyə də yox. Səsləndirdiyiniz məsələ hazırda ekspertlərin müzakirəsi səviyyəsindədir. Biz öz tərəfimizdən dəfələrlə demişik ki, böyük regional iqtisadi layihələrdə maraqlıyıq və əməkdaşlığa hazırıq”.
Sorğu
Yeni dizaynımız necədir?