GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Amerikanın təhlükəli İran siyasəti: Tramp-Səudiyyə tandemi Yaxın Şərqdə növbəti savaşa hazırlaşır - TƏHLİL

Amerikanın təhlükəli İran siyasəti: Tramp-Səudiyyə tandemi Yaxın Şərqdə növbəti savaşa hazırlaşır - TƏHLİL

Tarix: 3-08-2017, 19:37 Bölmə :Dünya Baxış: 417
Amerikanın təhlükəli İran siyasəti: Tramp-Səudiyyə tandemi Yaxın Şərqdə növbəti savaşa hazırlaşır - TƏHLİL


ABŞ prezidenti Donald Tramp və müşavirləri bir neçə həftə qabaq İranı Yaxın Şərq terrorizminin mərkəzinə çevrilməkdə ittiham edən Səudiyyə Ərəbistanının mövqeyinə qoşulublar. Eyni zamanda ABŞ Konqresi İrana qarşı sanksiyaların yeni raundunu hazırlayır. Lakin Səudiyyə Ərəbistanı kralının ifadə etdiyi kimi, İranı kürəsəl terrorizmin “avanqardı” qismində karikatura kimi təqdim etmək təkcə yanlış deyil, həm də təhlükəlidir. Çünki bu, Yaxın Şərqdə daha bir müharibəyə səbəb ola bilər.

Hətta İranın İŞİD-lə mübarizədə ABŞ-la bir tərəfdə olduğunun aşkar faktına baxmayaraq, görünür, ABŞ-da bəzi qızğın dilənçilərin məqsədi də məhz budur.
Daha bir fakt var: İran bölgə rəqiblərinin əksəriyyətindən fərqli olaraq işlək demokratiyadır. Və kinayə bundadır ki, İranın ünvanına Amerika və Səudiyyə ritorikası mayın 19-da bu ölkədə fəaliyyətdəki prezident Həsən Ruhaninin başçılığı ilə mötədil qüvvələrin öz opponentlərinə – sərt xətt tərəfdarlarına qalib gəldiyi seçkilər keçirildikdən cəmi iki gün sonra başlanıb.
İstisna deyil ki, Səudiyyəyönlü, İranyönlü mövqe Tramp üçün, vur-tut, növbəti biznes layihəsidir. O, Səudiyyə Ərəbistanı Amerikadan 110 milyard dollarlıq yeni silah almağı qət edərkən işıq saçırdı və bu sövdələşməni “yeni iş yerləri” adlandırdı. Guya ki, Amerika işçiləri üçün gəlir gətirən yeganə məğulluq növü onlardan labüdən müharibəni qızışdırmaq tələb edir. Və kim bilir, Səudiyyə döyüşkənliyinə isti dəstəyin arxasında Tramp və ailəsinin daha hansı sövdələşmələri gizlənə bilər. Tramp administrasiyasının İran ünvanına quru iddiaları hansısa mənada adi xəttin davamıdır. Amerika xarici siyasəti xaricdə sözün hərfi mənasında cəfəng, faciəli və ifrat destruktiv, heç bir gerçək məqsədə xidmət etməyən, yalnız rəsmi təbliğatın yanlış təsəvvürlərini gerçəkləşdirməyə can atan müharibələrlə doludur. Ən nəhayətdə, Amerikanın Vyetnam, Əfqanıstan, İraq, Suriya, Liviya, Yəməndəki müharibələrə və digər xeyli münaqişələrə son dərəcə məsrəfli və səmərəsiz cəlbini daha necə izah etmək olar? Amerikanın İrana münasibətdə ədavəti hesablamasını bu ölkədə 1979-cu ildə baş vermiş İslam inqilabı dövründən götürür. 444 gün radikal əhvali-ruhiyyəli tələbələrin girovu olmuş Amerika səfirliyi əməkdaşlarının ələ keçirilməsi Amerika cəmiyyəti üçün bu günədək keçməyən psixoloji şok olub. Dramatik girovlar mövzusu onların ələ keçdiyi andan azad edilənə qədər Amerika mətbuatında üstünlük təşkil edib ki, bu da bütün cəmiyyətdə artıq bir nəsil sonra 11 sentyabr teraktından sonrakı sosial zədəyə bənzər özünəməxsus zədəsonrası stresə səbəb olub.
Amerikalılaırn əksəriyyəti üçün – həm o vaxt, həm də indi – girov böhranı ümumiyyətlə İran inqilabının özü kimi tam gözlənilməzlik olub. Yalnız az-az amerikalı anlayırdı ki, İran inqilabı ölkənin demokratik seçilmiş hökumətini 1953-cü ildə devirmək və milliləşmək təhlükəsi altında olan İran neft sənayesi üzərində İngiltərə-Amerika nəzarətini saxlamaq məqsədilə İran şahının hakimiyyəti altında polis dövləti rejimi qurmağı qət etmiş MKİ və Britaniyanın M16 kəşfiyyat xidmətinin sui-qəsdindən 25 il keçəndən sonra baş verib. Amerikalıların çoxu həmçinin anlamayıb ki, girov böhranı devrilmiş şaha ABŞ-a müalicəyə gəlmək imkanı vermək haqda düşünülməmiş qərarın nəticəsi olub: iranlıların əksəriyyəti bunu onların inqilabına təhlükə kimi qəbul edib.
ABŞ Reyqan administrasiyası dönəmində İraqın İrana qarşı təcavüzkar, kimyəvi silah işlətdiyi müharibəsində İraqı dəstəkləyib. Nəhayət, 1988-ci ildə bu münaqişə bitəndə ABŞ İrana qarşı bu günədək qüvvədə olan ticarət və maliyyə sanksiyalarını saxlayıb. ABŞ 1953-cü ildən bəri gizli əməliyyatlar vasitəsilə hərəkət edərək 1953-1979-cu illərdə avtoritar hakimiyyəti dəstəkləmək, İran düşmənlərinə hərbi yardım etmək və artıq bir neçə onillik ərzində sanksiyalar rejimini saxlamaqla İranda idarəçilik və iqtisadi inkişaf müstəqilliyinə qarşı çıxış edir.
Amerikanın İrana qarşı ədavətinin daha bir səbəbi İranın “Hizbullah” və “Həmas”a – İsrailin iki hərbi düşməninə dəstəyidir. Burada da tarixi konteksti anlamaq vacibdir.
İsrail 1982-ci ildə Livanda kök atmış Fələstin silahlı birləşmələrini məhv etməyə can ataraq ora soxulub. Bu müharibədən sonra və işğalçı İsrail gücləri sayəsində təşkil edilmiş antimüsəlman qırğını fonunda İran İsrailin Cənub Livanı işğalına qarşı müqavimət üçün şiə “Hizbullah”ının yardılmasını dəstəkləyib. İsrail 2000-ci ilə doğru Livandan qoşunlarını çıxardarkən, yəni müdaxilədən, demək olar, 20 il sonra “Hizbullah” Livanda İsrail üçün tikana dönmüş güclü hərbi, siyasi və sosial gücə çevrilib.
Bundan savayı, İran İsrailin varoluş haqqını inkar edən sünni radikal qruplaşması “Həmas”ı dəstəkləyir. 2006-cı ildə İsrailin 1967-ci il müharibəsində ələ keçirilmiş Fələstin torpaqlarını işğalından on illər sonra, həmçinin dalana dirənmiş sülh danışıqları fonunda “Həmas” Fələstin parlamentinə seçkilərdə Fələstin Azadlıq Təşkilatının siyasi partiyası “Fəth”ə qalib gəlib. ABŞ və İsrail “Həmas”la dialoqa başlamaq əvəzinə onu 2014-cü ildə Qəza sektorunda qəddar müharibə vasitəsilə darmadağın etməyi kəsdirib. Bütün bunlar fələstinlilər arasında çox böyük qurbanlara, diləgəlməz əzablara və Qəza sektorundakı məskənlər və infrastrukturda milyardlarla dollarlıq ziyana səbəb olub. Lakin tamamilə gözləniləndir ki, bütün bunlar hər hansı siyasi tərəqqiyə şərait yaratmayıb.
Bundan başqa, İsrail İranın nüvə proqramını ekzistensial təhlükə kimi qavrayır. İsrailin sərt xətt tərəfdarları dəfələrlə ABŞ-ı İrandakı nüvə obyektlərini hücuma məruz qoymağa və yaxud, ən azı, İsrailə bunu etməyə imkan verməyə inandırmağa çalışıblar. Xoşbəxtlikdən prezident Barak Obama bu basqıya qarşı dirəşib. O bunun yerinə İran və BMT TŞ- beş daimi üzvü (üstəgəl Almaniya) ilə saziş haqda razılaşma əldə edib. Bu saziş on il müddətinə və ya hətta daha uzun müddətə İranın nüvə silahına yolunu bağlayıb və hər iki tərəfdən inamın yaradılması üçün sonrakı addımlara məkan açıb.
İndi isə, görünür, Tramp və səudlar bu çox şey vəd edən və önəmli sazişin sayəsində münasibətlərin normallaşması imkanını məhv etməyə hazırdırlar.
Xarici güclər sin dərəcə axmaqcasına hərəkət edir, onları manipulyasiya etməyə imkan yaradır, yalnız güzəştlər yoluyla həlli mümkün kəskin milli və təriqət münaqişələrində bu və ya digər tərəfi seçir. İsrail-Fələstin münaqişəsi, Səudiyyə Ərəbistanı və İran arasında rəqabət, sünni-şiə münasibətləri – bunların hamısı qarşılıqlı güzəştlər tələb edir. Amma bu münaqişələrdə tərəflərin hər biri faciəli illüziyalar bəsləyir ki, heç bir güzəştə əl atmadan guya qələbə çalmaq olar – yalnız bu şərtlə ki, ABŞ (və yaxud hər hansı böyük dövlət) onların adından müharibə aparsın. Keçən əsr boyunca Britaniya, Fransa, ABŞ və Rusiya Yaxın Şərqdə əzələ oynatmağa pis nail olub. Hamısı burada havayı yerə pul, həyat və nüfuz itirib. (Hətta SSRİ Əfqanıstandakı müharibədə olduqca ciddi, bəlkə də, ola bilsin, fatalcasına zəiflədi). Asanlıqla fəlakətə gətirib çıxarası iblisləşmə və qızğın silahlanmaya deyil, güzəştlərə vurğu edən diplomatiya dövrü indi bizə heç vaxt olmadığı qədər vacibdir. /strateq.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-ın müttəfiqi İranı gücləndirir - Regional güc

    ABŞ-ın müttəfiqi İranı gücləndirir - Regional güc ...

    10-07-2017, 12:20

  • 
  • Səudiyyə ilə İran arasında növbəti QALMAQAL

    Səudiyyə ilə İran arasında növbəti QALMAQAL ...

    10-07-2016, 18:37

  • 
  • Tramp bütün ölkələri İranı təcrid vəziyyətində saxlamağa çağırıb

    Tramp bütün ölkələri İranı təcrid vəziyyətində ...

    22-05-2017, 00:38

  • 
  • Trump Səudiyyə Ərəbistanında İslam ölkələrinin liderlərinə nitq söyləyəcək

    Trump Səudiyyə Ərəbistanında İslam ölkələrinin ...

    21-05-2017, 14:55

  • 
  • ABŞ Suriya döyüşçülərini "İŞİD"-ə qarşı savaşa hazırlayır

    ABŞ Suriya döyüşçülərini "İŞİD"-ə qarşı ...

    9-05-2015, 00:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (423)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu