Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak ABŞ prezidentliyinin keçid dövründə ABŞ prezidenti Donald Trampın keçmiş təhlükəsizlik məsləhətçisi Micael Flynn-lə "ən adi" mövzular barədə söhbət etdiyini deyib.
Rusiya televiziyasına verdiyi müsahibədə Sergey Kislyak Micael Flynn-lə görüşündə "heç bir sirrin" olmadığını və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları barədə söhbət edilmədiyini deyib. Cənab Flynn bu ilin fevral ayında cənab Trampın təhlükəsizlik məsləhətçisi vəzifəsindən istefa edib. Onun istefasına rəsmi səbəb, vitse-prezident Mike Pence-ə cənab Kislyakla keçirdiyi danışıqlar barədə yalan deməsidir. Cənab Kislyak Vaşinqtonu iyul ayında tərk edib. O, Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə iddia olunan müdaxiləsinə dair istintaqda əsas fiqurlardan biridir və televiziyada bu çıxışı, Rusiyaya qayıtdıqdan sonra mətbuata verdiyi ilk şərhdir. ________________________________________
"Tamamilə şəffaf" Cənab Flynn, vəzifəsinə təyin edildikdən 23 gün sonra istefa verməyə məcbur olub. Bu məcburiyyət, ABŞ mətbuatında onun cənab Kislyakla keçirdiyi görüşlərdə Rusiyaya qarşı sanksiyalar barədə danışması və vitse-prezident Mike Pence-ə bu görüşlər barədə yalan deməsindən yaranıb. Lakin cənab Kislyak, cənab Flynn-lə söhbətlərinin "tam şəkildə düzgün, sakit və tamamilə şəffaf" olduğunu və sanksiyaların müzakirə edilmədiyini deyib. "Ən azı bizim tərəfdən heç bir sirr olmayıb", o, qeyd edib. O, danışıqların terrora qarşı ABŞ-Rusiya əməkdaşlığı barədə olduğunu bildirib və söhbət mövzularının "ABŞ-da bir çox adama məlum" olduğundan əmin olduğunu deyib. Gərginliyin kəskin şəkildə artmasına baxmayaraq, cənab Kislyak ABŞ və Rusiya arasında yeni soyuq müharibə barədə danışmağın çox erkən olduğunu vurğulayıb. "Bizim əlaqələrimizdə [ideologiya] problem deyil", o, bildirib. "Problem amerikalıların özləri barədə tam müstəsnalıq hissinə malik olmaları və başqalarına nəyin yaxşı və nəyin pis olduğunu demək haqqına sahib olduqları düşünmələridir." Lakin cənab Kislyak yüksək rütbəli Tramp administrasiyası rəsmilərilə keçirdikləri görüşlərlə ABŞ-da Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair istintaqının diqqətini cəlb edib.
ABŞ-ın Baş Prokuroru Jeff Sessions, cənab Kislyakla keçirdiyi görüşləri açıqlamadığına görə, bu istintaqdan özünü uzaqlaşdırmağa məcbur qalıb. Cənab Sessions cənab Kislyakla seçki kampaniyası barədə danışmadığını deyib, lakin Vaşinqton Post qəzeti, seçki kampaniyası məsələlərinin söhbətin mövzusu olduğunu yazır. Bundan başqa, dekabr ayında Donald Trampın kürəkəni və baş məsləhətçilərindən biri, Jared Kusner, Tramp Tower-də cənab Flynnlə birlikdə, Sergey Kislyakla görüşüb. O, bu görüşdə cənab Kislyakla Rusiya-ABŞ arasında gizli əlaqə xəttinin yaradılmasını təklif etdiyi barədə iddaları rədd edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?