Britaniyada ötən həftəsonu keçirilmiş Wilderness festivalında iştirak edən cütün selfie-si nadir sayıla bilər.
Çünki Leyboristlər partiyasının fəalı olan Vanessa Price və onun əri çəkdirdiyi selfie-ə təkrar baxanda arxa plandakı adamlar arasında Mühafizəkarlar partiyasının keçmiş lideri və Britaniyanın keçmiş Baş naziri David Cameron-un olduğunu görüblər. Evinin yaxınlığında, Oxfordshire-də bu həftəsonu keçirilən festivala David Cameron arvadı Samantha ilə gəlmişdi (selfie-də Samantha-nı da seçmək mümkündür). Vanessa Price-ın sözlərinə görə, çəkilmiş fotolara baxan əri Steve deyib ki, "deyəsən, Cameron da kadra düşüb". "İnana bilmirdim ki, o bizim kameramıza baxır - deyəsən, o, kadra düşməyə hazır deyildi", - Vanessa Price deyib. Bonobo və Grace Jones kimi ulduzların iştirak etdiyi bu festival cəmiyyətin nisbətən imkanlı təbəqəsi üçün daha çox nəzərdə tutulan tədbir kimi tanınır - yəni, gələnlərə sadəcə burger və pivə təklif etməklə iş bitmir. Tanınmış aşpazlar ləziz yeməklər hazırlayır, festivala gələnlərə göl qırağında təşkil edlmiş spa seansları təklif olunur.
Musiqidən bezənlərin isə bazar günü kriket matçına tamaşa etmək alternativi var. Lakin festivalın səviyyəsi Leyboristləri dəstəkləyənləri çəkindirməyib. Geyiminin kürək hissəsində ürək təsviri içərisində "Corbyn" yazısından da göründüyü kimi, Leyboristlər liderinin pərəstişkarı olan incəsənət üzrə məsləhətçi Lucy Edwards özünün Cameron-la gucaqlaşdığı şəklini çəkdirib. Cameron-un festivala gəlişi Mühafizəkarlardan parlament üzvü George Freeman-ın sentyabr ayında Tory partiyasının ideya festivalı keçirmək təşəbbüsünü irəli sürdüyü vaxta təsadüf edib. Bu ideya, Leyboristlərin lideri Jeremy Corbyn bu il Glastonbury festivalında tədbirin əsas ulduzuna çevrildikdən sonra yaranıb, George Freeman Financial Times-a bildirib./bbc.com
Sorğu
Yeni dizaynımız necədir?