GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Uşaqlarının səhvinə görə utanan, işini itirən vəzifə sahibləri...

Uşaqlarının səhvinə görə utanan, işini itirən vəzifə sahibləri...

Tarix: 8-08-2017, 11:14 Bölmə :Dünya Baxış: 332
Uşaqlarının səhvinə görə utanan, işini itirən vəzifə sahibləri...


Onlar dövləti idarə edə bilir, amma öz övladlarını yox


Bu günlərdə gündəmin əsas mövzusu şübhəsiz ki, məmur övladları ilə bağlı yaranan qalmaqaldır.

Əli Həsənovun nəvəsinin törətdiyi qəza və onun həbsinin fonunda Azərbaycanda olduqca gözəl bir presedentin ənənəsi qoyuldu. Yəni vəzifəli məmurun övladı (nəvəsi) də öz əməlinə görə cəzalandırılır. Amma bu, bizə başqa bir mövzunun qapılarını açdı. Belə ki, bu günə qədər dünyada prezidentlərin də öz övladlarına görə xeyli pis durumda qaldığı bir dünyada yaşayırıq.

Başlayaq, ABŞ prezidenti D.Trampın övladlarından. Məlum, bütün dünya onun qızı İvankanın uğurlu siyasi karyerasından və atasına dəstək olmasından danışır. Amma onun estetik gözəli olması, habelə həddən artıq lüksə meyl etməsi nüfuzuna mənfi təsir edən məqamlardandır. Eləcə də Amerikada onu sevənlər azdır. Hətta buna görə bir dəfə İvanka təyyarədə hücuma məruz qalıb. Hücum İvankanın uşaqlarının yanında, uşaqları ilə təyyarədə öz yerlərini tutmasından dərhal sonra baş verib. Naməlum şəxslər İvankaya yaxınlaşıb və onu təhqir ediblər. İvankanın atasının siyasi mövqeyi naməlum şəxslərin hiddətinin əsas mövzusu olub. Onlar qışqırmağa başlayıblar ki, Tramp ABŞ-ı məhv edir. Bildiriblər ki, buna görə də, onun qızı və nəvələri digər vətəndaşlarla bir göyərtədə olmamalıdır. Maraqlıdır ki, Trampın qızı təxribata reaksiya verməyib və uşaqlarını sakitləşdirməyə davam edib. Qalmaqalı yaradanlar isə təyyarədən çıxarılıb.

Donald Trampın oğlunun da adı qalmaqallarda hallanır. Məsələn, o, ötən il H.Klintonun nufuzuna xələl gətirəcək informasiya vədi verən Kremlə bağlı rus vəkili ilə görüşməyə razılıq verib. Donald Trampın oğlu bildirib ki, o, Natalya Veselnitskaya ilə görüşüb. Amma bu “mənasız informasiya” barədə xanım Klinton məlumatlandırılıb. Görüşdə həmçinin, prezidentin kürəkəni Kuşner və kampaniyanın o vaxtki rəhbəri Paul Manafort iştirak ediblər. Hazırda bu məsələ ilə bağlı ciddi araşdırma gedir.
ABŞ-ın keçmiş prezidenti Obamanın 16 yaşlı böyük qızının Pro Ero rep-qrupunun instagram səhifəsində öz fotosunu paylaşması qalmaqala səbəb olmuşdu. Fotoda prezident qızı qrupun loqotipi əks olunan köynəkdə poza vermişdi. Xatırladaq ki, əvvəl də dekabr ayında respublikaçı konqresmen Stiven Finçerin mətbuat katibi Elizabet Lauten prezident B.Obamanın qızlarını statuslarına hörmət etməməkdə ittiham etmişdi. O, hesab edirdi ki, Saşa və Mali teleefirdə özlərini düzgün aparmırlar və prezident qızları kimi geyinmirlər. Məhz bu çıxışına görə Elizabet Lauten işindən qovulmuşdu.

Картинки по запросу obama qızları

Sabiq prezident Corc Buşun qızları Cenna və Barbara Buş spirtli içkilərə hədsiz aludə olublar. 2001-ci ildə polis Barbaranı gecə barında hədsiz içkili vəziyyətdə yaxalayıb. Buşun digər qızı Cenna da bacısından geri qalmayıb. Uels Universitetinin tələbəsi olan Cenna da Ostindəki digər bir restoranda “Marqarita” içkisi sifariş etdiyi üçün polis tərəfindən cəzalandırılıb.

Картинки по запросу Corc Buşun qızları

Atası ölkəni yumruqla idarə edirdi, oğlu silahla...

Amma bunlar məsum səhvlərdir. Atasına ən çox başağrısı yaradanlardan biri Səddam Hüseynin oğlu Uday Hüseyn olub. Uday Hüseyn atasının ölkəni yumruqla idarə etməsindən yararlanaraq bir çox cinayətlər törətmişdi. Günün çoxunu içkili halda olan Uday Hüseynin cinayətlərindən ən dəhşətlisi atasının dadbilənini (dequstator) məclislərin birində elektrik oyma bıçaqla doğrayaraq öldürməsi idi. Bundan əlavə, Uday Hüseyn dəbdəbəli həyat tərzi ilə də yadda qalıb. Buna misal olaraq, Uday Hüseynin 1200-dən çox bahalı maşınlarının olmasını göstərmək olar.

Eyni zamanda o, İraqdakı istənilən qadına təcavüz edirdi. Qadınları yoldan oğurlayır və Udayın hüzuruna gətirirdilər. Onunla birgə olmaq istəməyən qadınları isə öldürürdü. Deyilənə görə, qadınlara təcavüz edəndən sonra Uday onların kürəyini adının baş hərfi olan “U” ilə damğalayırdı. Bundan başqa, Uday hədsiz sadistliyi ilə də ad qazanmışdı. Onun 2 köməkçisini ölümünə qədər döyməsi, habelə İraq türmələrindəki işgəncələrdə şəxsən iştirak etməsi də yayılan xəbərlər sırasındadır.

Udayın qardaşı Qusey Hüseyn isə gizli polis idarəsi yaratmışdı və bu idarə müxalifətə qarşı amansız əməliyyatlarla məşhur idi. Qardaşlar 2003-cü ildə, İraq işğal olunan zaman Şeyx Nəvvaf Zeydanın iqamətgahı bombalanan zaman öldülüblər.

Stalinin oğlu Vasili haqda da tarix xoş şeylər demir. Cəsarətli pilot olmasına baxmayaraq - müharibə zamanı iki alman təyyarəsini vurub - həyatı o qədər də yaxşı olmayıb. Xarakter etibarilə çılğın olan Vasili general kimi ad qazansa da, onun aylarla orduya gəlmədiyi, dövlət büdcəsini talan etdiyi, 20 milyon rubl yeyintiyə yol verib eyni zamanda əyyaş həyat tərzi keçirdiyi, rəhbərliyi altında olan qadınlarla yaşadığı da gəzən söz-söhbətlər arasında olub. Atası bu hərəkətlərinə görə onunla danışmırdı. Amma Stalinin ölümündən sonra oğlunu dövlətə qarşı etdiyi əməllərə görə 8 il müddətinə azadlıqdan məhrum etdilər.

Hitler də şəxsi həyatında çox ziddiyyətli şəxs olub. Fransa vətəndaşı olan Jan Mari Lorenin 1981-ci ildə yazdığı “Sənin atan Hitlerdir” kitabında Hitlerin gizli oğlu olduğunu bildirib. Lore və Hitlerin qohumluğu barədə əsl həqiqət onun vəkili Fransua Gibonun sayəsində üzə çıxıb. Lorenin yazdığına görə, anası 16 yaşlı Şarlotta Lobjua ilə yefreytor Hitler arasında roman 1917-ci ildə - alman ordusu Fransanın Pikardiya şəhərində yerləşərkən yaşanıb. 1918-ci ilin martında Lore dünyaya gəlir. Qonşular və uşağı nifrətlə “kiçik boş” (Fransada almanlardan dünyaya gələn uşaqları belə adlandırırdılar) deyə çağırırdılar. Təhqir və istehzadan bezən Şarlotta bir neçə ildən sonra uşağı gənc bir ailəyə övladlığa verir. Taleyin gərdişinə bax ki, 1939-cu ildə Hitlerin oğlu Almaniya faşistlərinin əleyhinə vuruşmaq üçün müharibəyə gedir, işğal vaxtı isə fransız partizanlarına qoşularaq Klement ləqəbini götürür.1950-ci illərin əvvəllərində doğma anası ölümündən əvvəl Loreyə əsl atasının kimliyini deyir. Bu, onun üçün böyük şok olur. Özünün dediyinə görə, düz 20 il durmadan çalışır ki, əsl kimliyini unutsun.

Liviya rəhbəri Muammer Qəzzafinin 6 oğlu və bir qızı olub. Atasının hakimiyyəti dövründə uşaqları rəhbərlikdə yüksək vəzifələr tutublar. Onların idarəsində milyardlarla dollar və atalarının hüdudsuz hakimiyyəti olub. Amma hamıdan çox onun oğlu Hannibal pis şöhrət qazanmışdı - o, insanlara qarşı amansız münasibəti ilə tanınırdı. 2008-ci ildə hətta İsveçrədə onu otel işçisini amansızcasına döyməsinə görə həbs etmişdilər. Bu insident İsveçrə ilə Liviya arasında konfliktlə nəticələnmişdi. Hannibal akulalar üçün hovuz tikdirir, Parisdə dəlicəsinə yüksək sürətlə maşın sürür və hamilə həyat yoldaşını Londonda döyürdü.

Qəzzafi rejiminin çökməsindən sonra onun iki oğlu - Saif əl-Arab və Hamis Qəzzafi atışma zamanı həlak olub. Hannibal isə anası Safiya, bacısı Ayşə və ögey qardaşı Məhəmmədlə birgə Əlcəzairə qaça bildi.

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin oğlu Mark Tetçer isə hər dəfə tarixə fərqli qalmaqallarla girib. 2005-ci ildə 52 yaşlı biznesmeni Qvineyada çevrilişə görə ittiham edərək 500 min dollar məbləğində cərimələdilər və 4 il şərti cəza verdilər. Bundan başqa, o, qanunsuz silah alverinə, habelə iri dələduzluq faktlarına görə dəfələrlə ittiham edilib. Anası Marqaret Tetçer isə onun haqqında aşağıdakı unikal sözləri deyib: “Mark pulları o qədər çox sevir ki, eskimoslara qar, ərəblərə qum sata bilər”.

Bəli, bu, övladlarının əlindən xeyli çəkən, övlad utancını yaşayan prezidentlərdir. Onlar haqqında çox zaman elə bu cür də deyirlər: o boyda dövləti idarə edə bilirlər, amma uşaqlarını yox....
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp ailə hakimiyyətini möhkəmlədirir:Qızı da onun müşaviri olacaq

    Tramp ailə hakimiyyətini möhkəmlədirir:Qızı da ...

    31-03-2017, 10:39

  • 
  • Ananı uşaqlarının gözü qarşısında zorladılar (FOTO)

    Ananı uşaqlarının gözü qarşısında zorladılar ...

    26-12-2014, 12:10

  • 
  • Türkiyə XİN-dən Əli Həsənovun nəvəsinin törətdiyi qəza ilə bağlı — RƏSMİ AÇIQLAMA

    Türkiyə XİN-dən Əli Həsənovun nəvəsinin törətdiyi ...

    7-08-2017, 18:52

  • 
  • ABŞ səfirliyindən Əli Həsənova cavab gəldi

    ABŞ səfirliyindən Əli Həsənova cavab gəldi ...

    1-08-2013, 17:36

  • 
  • 9 yaşlı dünya gözəli (FOTO)

    9 yaşlı dünya gözəli (FOTO) ...

    27-11-2014, 23:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu