9 yaşlı rusiyalı qız ulduza çevrilib və “dünyanın ən gözəl qızı” adına layiq görülüb.
ANS PRESS-in məlumatına görə, hələ ibtidai sinfi bitirməyən Kristina Pimyonova artıq “gələcək top model” və “ dünyada ən gözəl qız” titullarına layiq görülüb. Onu bu cür dünya KİV-ləri, məşhur dizaynerlər və sosial şəbəkədəki çoxsaylı pərəstişkarları adlandırırlar. Bir çox qızların arzusunda olduğu həyatı yaşayan, fotoları paylaşan 9 yaşlı məktəbli hər təbəqədə müzakirə olunur. Yeri gəlmişkən müzakirələrdə tənələr də az deyil.
Kristina 2005-ci ilin 25 dekabrında Moskvada anadan olub və üç yaşından podyumları fəth edir. Məhz bu yaşda onun anası, keçmiş model Qlikeriya Şirokova onu gənc modellər məktəbinə verib. Atası fotbolçu Ruslan Pimyonov isə görünür qızının erkən başlayan kariyerasının əleyhinə deyil.
Qeyd edək ki, gənc modelin “Facebook” səhifəsində iki milyondan artıq, “İnstagram” səhifəsində isə 300 minə qədər izləyicisi var. Rusiyanın ən məşhur modeli Natalya Vodyanova ilə müqayisə etsək birincinin cəmi təxminən 290 min izləyicisi var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?