Haqqin.az və Virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevin “Facebook” sosial şəbəkəsindəki hesabı erməni istifadəçilərin şikayəti əsasında bloklanıb. Xatırladaq ki, iyulun 11-də Alxanlı kəndində erməni silahlı qüvvələrinin atəşi nəticəsində həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın fotoşəklinin yayılmasına görə də jurnalistin hesabı bloklanmışdı.
Ötən dəfə E.Fətullayevin hesabı 3 gündən sonra açılmışdı. Bu dəfə hesab 7 gün müddətinə bloklanıb.
Buna səbəb kimi erməni istifadəçilərin Eynulla Fətullayev tərəfindən Qarabağda aparılan hərbi əməliyyatlar barədə yazdığı məlumatlarla bağlı şikayətləri göstərilir. Jurnalistin məsələ ilə əlaqədar apellyasiyası sosial şəbəkənin rəhbərliyi tərəfindən rədd edilib.
Sorğu
Yeni dizaynımız necədir?