GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Quam adalarına nüvə zərbəsi? - MÜHARİBƏ HƏR AN BAŞLAYA BİLƏR

Quam adalarına nüvə zərbəsi? - MÜHARİBƏ HƏR AN BAŞLAYA BİLƏR

Tarix: 9-08-2017, 13:49 Bölmə :Dünya Baxış: 381
Quam adalarına nüvə zərbəsi? - MÜHARİBƏ HƏR AN BAŞLAYA BİLƏR


ABŞ prezidenti Donald Trampın Şimali Koreyanı “misli görünməmiş od alovla” ilə hədələməsindən sonra Pxenyanla Vaşinqton arasında gərginliyin dozası daha da artıb. Bu gün Şimali Koreya rejimi ABŞ-ın Sakit okeandakı Quam adalarına nüvə başlıqlı ballistik raketlə zərbə endirmək planı hazırlandığını elan edib.

Koreya ordusunun yaydığı bəyanatda deyilir: “Koreya xalq ordusunun strateji qüvvələri hazırda Quam adaları rayonuna “Xvason-12” orta mənzilli ballistik raketi ilə zərbə endirilməsi planını diqqətlə araşdırır. Məqsəd ABŞ-ın regiondakı əsas hərbi bazasına, o cümlədən “Andersen” aviabazasına çıxışını məhdudlaşdırmaqdır. Plan qısa müddət ərzində ali baş komandana təqdim olunacaq”.

Bəyanatda deyilir ki, hərbçilər Kim Çen Indan əmr alan kimi bu planı həyata keçirəcəklər. “ABŞ dərk etməlidir ki, Şimali Koreyanın ballistik raketləri daimi döyüş hazırlığı vəziyyətindədir”-Koreya ordusu bildirir.

“Andersen” aviabazasında ABŞ-ın B-52 strateji bombardmançıları dislokasiya olunub. Quam adaları kiçik olsa da ABŞ üçün olduqca böyük strateji əhəmiyyətə malikdir. Bu adalardakı hərbi bazaları vasitəsilə ABŞ geniş regiona nəzarət edə bilir. Şimali Koreya ilə ABŞ arasında gərginlik BMT Təhlükəsizlik Şurasının Birləşmiş Ştatlar tərəfindən təqdim olunmuş sanksiyalar layihəsini təsdiqləməsindən sonra daha da artıb. Bundan əvvəl Şimali Koreya dalbadal raket sınaqları keçirmişdi və ABŞ ərazisini vura biləcək raketlərə malik olduğunu elan etmişdi. “The Washington Post” qəzetinin yazdığına görə Şimali Koreya artıq ballistic raketin başlığına yerləşdiriləcək həcmdə nüvə bombasına malikdir.

Şimali Koreyanın Quam adalarına zərbə endirmək planı barədə bəyanatından sonra ada sakinləri arasında təşviş yaranıb. Quam adaları mülki müdafiə və təhlükəsizlik bölməsi bəyanatla çıxış edərək sakinləri sakitliyə çağırıb. Bildirilib ki, hakimiyyət əhalini situasiyanın istənilən formada dəyişməsi ilə bağlı məlumatlandıracaq. “Biz sakinlərə sakitliyi saxlamağı məsləhət görürük, eyni zamanda Şimali Koreya adında təhlükənin olmasını da yaddan çıxarmalı deyilik və bütün təhlükələrə hazır olmalıyıq”-Quam hakimiyyətinin müraciətində deyilir. Bəyanata əsasən hazırda Quam adalarının 160 minlik sakinləri və adanın qonaqları üçün birbaşa təhdid mövcud deyil.
Quam adaları qubernatoru Eddi Kalvo bildirib ki, bu gün səhər Vaşinqtonla, Ağ evlə əlaqə saxlayıb və potensial təhlükə qarşısında ada sakinlərinin müdafiə olunacağına dair təminat alıb. “Quama hücum və ya təhdid Birləşmiş Ştatlara hücum və ya təhdiddir. Onlar dedilər ki, Amerika qorunacaq”-qubernator bildirib.

Quam adalarının qanunverici yığıncağının spikeri Benjamin Kruz isə “Assosiated press”ə açıqlamasında bildirib ki, adanın Şimali Koreyanın mümkün raket hücumu qarşısında müdafiə olunacağına inanır. “Biz sadəcə olaraq ümid və dua edirik ki, Birləşmiş Ştatlar və burada mövcud olan raketdən müdafiə sistemimiz bizi qorumağa qadirdir”-spiker bildirib. Kruz deyib ki, Şimali Koreyadan yönələn təhdidlər çox ciddidir və bu təhdidlər onları dayanıb insanların təhlükəsizliyi üçün dua etməyə məcbur edir.

ABŞ Hərbi Hava Qüvvələri isə bəyan edib ki, Quam adalarında dislokasiya olunmuş 37-ci ekspedisiya bombardman eskadrilyası elə bu gecə hərəkətə keçməyə hazırdır. Eskdarilya Cənubi Dakota ştatındakı “Ellsvort” aviabazasından Quama göndərilib. Avqustun 7-də isə “Andersen” aviabazasından qalxan Amerika B-1B Lancer bombardmançıları Yaponiya və Cənubi Koreya qırıcılarının müşaiyəti ilə Koreya yarımadasında təlim uçuşları keçirib. Məqsəd Şimali Koreyaya bomba zərbələrinin endirilməsini sınaqdan keçirməkdir./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şimali Koreya nüvə silahlarını döyüş vəziyyətinə gətirdi

    Şimali Koreya nüvə silahlarını döyüş vəziyyətinə ...

    4-03-2016, 11:45

  • 
  • Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi

    Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi ...

    11-01-2016, 13:56

  • 
  • Şimali Koreya: “ABŞ-ı külə çevirərəm”

    Şimali Koreya: “ABŞ-ı külə çevirərəm” ...

    18-08-2014, 10:19

  • 
  • ABŞ hərbi gəmilərini Koreya yarımadasına yollayıb

    ABŞ hərbi gəmilərini Koreya yarımadasına yollayıb ...

    9-04-2017, 23:15

  • 
  • Şimali Koreya ballistik raketini sınaqdan keçirib

    Şimali Koreya ballistik raketini sınaqdan keçirib ...

    13-02-2017, 00:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu