Rusiya Odessaya hücum edə bilmək üçün qondarma Dnestryanı respublikasını özünə birləşdirmək niyyətindədir.
Bu sözləri Ukrayna Ali Radasının deputatı İrina Friz deyib.
İrina Frizin sözlərinə görə, rəsmi Tiraspolun Rusiya bayrağını ikinci dövlət bayrağı elan etməsi belə bir fikri səsləndirməyə əsas verir. Xanım Friz ikinci səbəb kimi rusiyalı auditorların qondarma respublikada keçirilən iqtisadi islahatlara yardım etməsini göstərib. Millət vəkili həmçinin Rusiyanın həmin ərazidən Odessaya hücum etmək üçün istifadə edə biləcəyini bildirib. “Ukraynanın cənub-qərbində vəziyyətin bu cür inkişafı həlledici siyasi və diplomatik addımlar tələb edir. Tiraspolun siyasəti Rusiya tərəfinin növbəti dəfə beynəlxalq razılaşmaların tələblərini pozmasının sübutudur”, - millət vəkili əlavə edib. Qeyd edək ki, Moldova ilə qondarma Dnestryanı respublikası arasında münaqişə 1989-cu ildə başlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?