Avropa İttifaqının Komissiya sədri Jan Klod Yunkerə qarşı ittiham irəli sürülüb.
Yunkerin Aİ büdcəsindən həyata keçirilən 26 min avroluq səyahətlər qalmaqala səbəb olub. İspaniyanın "Access İnfo" insan haqları təşkilatının əldə etdiyi sənədə əsasən Yunker Brüsseldən Romaya bir gecəlik görüş üçün gedib. Bunun üçün isə külli miqdarda pul xərcləyib. Avropa Komissiyasının mətbuat katibi Mina Andreyeva bildirib ki, Yunkerin gündəliyinə uyğun təyyarə reysi olmadığı üçün özəl təyyarə sifariş edilib.
Bütün xərclərin Komissiya tərəfindən təsdiqləndiyini bildirən Andreyeva 2016-cı il ərzində 28 dəfə təyyarə sifariş edildiyini bildirib. Araşdırmalara əsasən Aİ rəsmiləri 2 ay ərzində 500 min avroluq səyahətə çıxıblar./ölkə.az
Sorğu
Yeni dizaynımız necədir?