İskəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarı toqquşub. İnsident nəticəsində 49 nəfər yaralanıb, 123 nəfər xəsarət alıb.
Əvvəlcə 36 nəfərin öldüyü barədə məlumat verilsə də, sonradan bu rəqəm 49-a qədər artıb. Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir.
Bəzi versiyalara görə qatarlardan biri relsdən çıxaraq yaxınlıqdan keçən digər qatarla toqquşub. Qatarlardan biri Qahirədən, digəri isə Port-Səid şəhərindən gəlirmiş.
Misirin baş naziri İsmayıl Şərif bildirib ki, İskəndəriyyənin bütün xəstəxanaları gücləndirilmiş iş rejimində çalışır.
İskəndəriyyə qubernatoru Məhəmməd Sultan qəzanın səbəbi haqqında məlumat verib. Bildirilir ki, dəmiryolu işçisinin səhv siqnalı qəzaya səbəb olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?