Moskva-Brest qatarının və elektik qatarının toqquşması nəticəsində 31 nəfər yaralanıb. Rusiya mediası bildirir ki, onların 12 nəfəri müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.
Yaralanalardan 28 nəfərin siyahısı açıqlanıb. Onlardan biri 50 yaşlı Sevil Musayevadır. Onun Azərbaycan vətəndaşı olduğu ehtimalı var. Qəzaya səbəb qatarlardan birinin əyləcinin sıradan çıxması olub. Toqquşma zamanı sərnişin qatarının lokomotivi və iki vaqon relsdən çıxıb. Həmin vaxt qatarda 546 sərnişin olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?