Azərbaycanla Türkiyə sərhədində, Dilucu sərhəd qapısı yaxınlığında ağır yol qəzası baş verib.
Türkiyə KİV-nə istinadən xəbər veririk ki, qəzada 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Qəza ötən gün axşam saatlarında baş verib. İğdırdan Naxçıvana gedən Azərbaycan nömrə nişanlı avtomobil sürücünün nəzarəti itirməsi nəticəsində yoldan çıxıb. Nəticədə Naxçıvan sakinləri olan 2 qadın ölüb. Yaralılar İğdır dövlət xəstəxanasına yerləşdiriliblər.
Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu Nuru Quliyev bildirib ki, hadisə zamanı Azərbaycan vətəndaşları Hüseyn Hüseynov, Hüseynəli Orucov və Ukrayna vətəndaşı olan əslən azərbaycanlı Hüseyn Əbilov ölüblər. Konsul bildirib ki, qəzada dünyasını dəyişən şəxslərin cənazələri artıq Azərbaycana göndərilib. Onun sözlərinə görə, qəza zamanı Vera Orucova və Mayil Maxsuyev isə ağır yaralanıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?